Azərbaycan 2023-cü il sentyabrın 19-20-də Qarabağda həlak olan 173 əsgərinin nəşini Ermənistana təhvil verib. Bu barədə Azərbaycan Əsirlər və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat verilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bundan əlavə, komissiya qeyd edir ki, Ermənistana İkinci Qarabağ müharibəsindən sonra 1713, 2022-ci il sentyabrın 12-14-dəki münaqişədən sonra isə 157 əsgər nəşi təhvil verilib.
Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur, 2024-cü ilin göstəricilərinə əsasən, cəmi 25 nəfərin qalıqları müəyyən edilib.
“Dövlət Komissiyası 1994-cü ilə qədər Ermənistanın hərbi əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və kütləvi məzarlıqların yeri barədə kifayət qədər məlumatı olan digər səlahiyyətli şəxslərin itkin düşmüş Azərbaycan vətəndaşlarının məzarlarının axtarışı prosesinə cəlb edilməsini zəruri hesab edir. Dövlət Komissiyası hər iki tərəfin itkin düşmüş şəxslərinin axtarışı istiqamətində Ermənistan Respublikasının müvafiq strukturları ilə əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir”, - deyə bəyanatda bildirilir.
Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi 1980-ci illərin sonlarından davam edir. 1991-ci ildə əsasən etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın dəstəyi ilə “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığını elan etdi. Ölkələrin heç biri, o cümlədən Ermənistan “Respublikanı”ı tanımırdı. 1988-1994-cü illərdə silahlı münaqişə zamanı bölgədə 30 min insan həlak olub. Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar de-fakto Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında qalıb. 2020-ci ilin payızında bölgədə vəziyyət gərginləşib və hərbi əməliyyatlara çevrilib Hər iki tərəfdən 6500-dən çox insanın həyatına son qoyan altı həftəlik müharibə Rusiyanın vasitəçiliyi ilə başa çatıb. Nəticədə Azərbaycan Dağlıq Qarabağ və onun ətraf ərazilərinin əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirib. 2022-ci il sentyabrın 13-14-də Azərbaycanın Ermənistan ərazisinə hücumu zamanı 300-ə yaxın əsgər (200-ə yaxın erməni və 80-i azərbaycanlı) həlak olub. Tərəflər qarşıdurmanın başlamasında bir-birilərini günahlandırıblar. 2022-ci ilin sonundan Azərbaycan Qarabağın blokadasına başlayıb, 2023-cü il sentyabrın 19-da isə “Dağlıq Qarabağ Respublikası”nın təslim olması ilə başa çatan “antiterror əməliyyatı” keçirib. Azərbaycan ərazi bütövlüyünün bərpa olunduğunu bəyan edib. On minlərlə etnik erməni Qarabağı tərk edərək Ermənistana köçüb.