Milli Demokratiya İnstitutunun (NDI) araşdırmasına görə, Gürcüstanda yaşayan hər on vətəndaşdan biri ailəsinin ərzaqına pulunun yetmədiyini, dörd nəfərdən biri isə ailə gəlirinin yalnız ərzaqa yetdiyini, başqa heç nəyə yetmədiyini deyir. Bu baxımdan əhalisinin dörddə birinin pulunun ərzaqa yetmədiyini bildirdiyi etnik azlıqların məskunlaşdığı məntəqələrdə vəziyyət daha da ağırdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Araşdırmalara görə, digərləri ilə müqayisədə ən çox Tbilisi əhalisi ərzaq, paltar və daha bahalı əşyalar ala bilir.
Tbilisi sakinləri əsasən 4000 laridən çox pula ehtiyacları olduğunu deyir, kəndlərdə və etnik azlıqların məskunlaşdığı yaşayış məntəqələrində yaşayanların əksəriyyəti isə rahat həyat üçün ayda 2000 larinin yetərli olduğunu deyirlər.
Əksəriyyət hökumətin iqtisadi problemləri həll edə biləcəyinə şübhə edir - bu göstərici mart ayından artıb. Tbilisi sakinləri, gənclər, müxalifət tərəfdarları və qərarsız seçicilər bu məsələyə ən çox şübhə ilə yanaşanlardır.
Vətəndaşlar - siyasi simpatiyalarından asılı olmayaraq - emiqrasiyanın mənfi nəticələrindən narahatdırlar. 16% emiqrasiyaya getməyi planlaşdırır, əksəriyyəti (62%) isə son 12 ayda emiqrasiyaya getmiş birini tanıdığını deyir. Əhalinin fikrincə, emiqrasiya əmək haqqının aşağı olması və iş yerlərinin olmaması ilə bağlıdır.
Emiqrasiya etmək istəyi etnik azlıq icmalarında, gənclərdə, kişilərdə, müxalifət tərəfdarlarında və qərarsız seçicilərdə ən yüksəkdir.
Əksəriyyətin fikrincə, emiqrasiyanın əsas səbəbi əmək haqqının aşağı olması (65%) və iş yerinin olmamasıdır (56%).
Sorğu CRRC Georgia tərəfindən NDI-nin sifarişi ilə 2023-cü ilin oktyabr-noyabr aylarında üzbəüz müsahibə üsulu ilə aparılıb. Tədqiqatda 2068 nəfər iştirak edib. Orta yanılma payı +/- 2,2% təşkil edir. Tədqiqat Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici, Birlik və İnkişaf İdarəsinin Yaxşı İdarəetmə Fondu tərəfindən maliyyələşdirilir.