Qori rayon məhkəməsi 19 yaşlı Erekle Tedliaşvilinin ölümündə təqsirləndirilən Gürcüstanın gənclərdən ibarət boks yığmasının keçmiş üzvü Taraş Kandelakiyə qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə bəraət qazandırıb. Hakim Qermane Dadeşkelianinin qərarı ilə boks üzrə dünya çempionu Qiorqi Kandelakinin oğlu Taraş Kandelaki 8 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib. İstintaq təcridxanasında keçirdiyi vaxt cəzaya daxil edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokurorluq hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır. Mərhumun valideynləri də hakimin qərarı ilə razılaşmırlar.
“Onda oğlumu kim öldürdü? Kim vurdu? Kim döydü? Erekle Tedliaşvilinin zədələnməsinin səbəbini məhkəmədən öyrənə bilmədim. Taraş vurmayıbsa, onda kim vurub? Məhkəmə mənə bu suala cavab verə bilmədi”, - deyə mərhumun atası İrakli Tedliaşvili bildirib.
Erekle Tedliaşvili üç il əvvəl, 2020-ci ilin iyununda Qoridə, Stalin küçəsində, Qiorqi Kandelakinin “Jozef” restoranının yaxınlığında döyülüb. Aldığı xəsarətlərə görə koma vəziyyətində olub və üç ay sonra dünyasını dəyişib.
1998-ci il təvəllüdlü Taraş Kandelaki gənci döydüyü üçün saxlanılıb. İstintaq müəyyən edib ki, sərxoş vəziyyətdə olan Kandelaki mübahisə zamanı zərərçəkmişə əli ilə zərbə endirərək başından ağır, həyati təhlükə yaradan xəsarət yetirib. Prokurorluq ona Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutan 117-ci maddəsinin birinci hissəsi ilə ittiham edib ki, bu da 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həbs edildikdən sonra Qori Rayon Məhkəməsi Taraş Kandelaki barəsində həbs qətimkan tədbiri seçib, onun müddəti 2021-ci ilin martında başa çatıb və o, azadlığa buraxılıb.
Hakim Qermane Dadeşkeliani iş üzrə hökmü 15 iyun 2023-cü ildə elan edib. O, prokurorluq tərəfindən irəli sürülən ittihamı yenidəndaha az ağır cinayətə - Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsinə (zərərçəkmiş şəxsə fiziki ağrı səbəb olan zorakılıq) tövsif edib.