Gürcüstan Prezidenti, parlament üzvləri, nazirlər və onların müavinləri, habelə Abxaziya və Acara muxtar respublikalarının hökumət sədrləri, Ali Şuranın üzvləri, hökumət üzvləri və onların müavinlərinin bundan sonra narkotik testindən keçmək öhdəlikləri olmayacaq. Parlament üzvlüyünə namizədin narkotik testindən keçməsi öhdəliyi də ləğv edilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü Arzusu”nun deputatlarının təşəbbüsü ilə irəli sürülən dəyişikliyə əsasən, narkotik vasitələrdən istifadə və məcburi narkoloji müayinədən yayınma artıq Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək üçün əsas olmayacaq.
“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze əsas diqqəti qanunvericilik dəyişikliklərinin deputatlığa namizəd üçün narkoloji testdən keçmək öhdəliyinin aradan qaldırılmasını nəzərdə tutan hissəsinə yönəldib.
“Düşünürəm ki, bu məsələdə ümumi konsensus olacaq, çünki deputat siyahısına düşmək istəyənlərin narkotik testindən keçməsi həqiqətən təhqiredici formadır. Bir sual verilən kimi birinci mən gedib saç nümunəmi təhvil verəcəyəm”, - Mdinaradze jurnalistlərə bildirib.
“Qirçi” partiyası qanunvericilik dəyişikliklərini alqışlayır. “İndiyədək deputatların, müxtəlif məmurların sidiyinin təmizliyi yoxlanılırdı və tez-tez həmkarlarımız bununla bağlı şikayət edirdilər. Bu müzakirəni aradan qaldırmaq üçün, deyəsən, “Kotslar” qanun layihəsi təqdim etmək qərarına gəliblər”, – deputat İaqo Xviçia bildirib.
Müstəqil deputat Teona Akubardia narkotik testindən keçməkdə heç bir problem görmür. Onun dediyi kimi, “narkotik testi, digər şeylərlə yanaşı, ictimaiyyət üçün, dövlət qulluqçuları, xüsusən də parlamentdə çalışanlar haqqında məlumat əldə etmək imkanıdır”.
Mövcud qanunvericiliyə görə, adıçəkilən vəzifəli şəxslər Korrupsiyaya Qarşı Mübarizə Bürosunun rəhbəri tərəfindən müəyyən edilmiş müddətdə narkoloji müayinədən keçməli və onun verildiyi gündən 3 gün müddətində müvafiq arayışı Korrupsiyaya Qarşı Mübarizə Bürosuna təqdim etməyə borcludurlar. Bu öhdəliyin yerinə yetirilməməsinə görə 500 lari məbləğində cərimə müəyyən edilib.
Qanunvericilik dəyişikliklərin müəllifləri parlament çoxluğunun üzvləri Anri Oxanaşvili, Aluda Ğuduşauri, İrakli Şatakişvili, Davit Matikaşvili, Rati İonatamişvili, Mixeil Sarjveladze, Quram Maçaraşvili və Aleksandre Tabatadzedir.