Gürcüstan hökuməti tikinti sektoru, xüsusən də 915 və 916-cı yarımbəndlər üçün “Tikintilərin təhlükəsizliyi qaydalarının təsdiq edilməsi haqqında” texniki reqlamentə edilən dəyişikliklərin icrasını 2024-cü il yanvarın 1-dək təxirə salıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
915-ci yarımbənd yanğın və qəza-xilasetmə vasitələrinin hərəkəti və yaxınlaşması üçün binaya giriş yolunun planlaşdırılmasından bəhs edir. Reqlamentə əsasən inkişaf planının və/və ya müfəssəl inkişaf planının hazırlanmasının, həmçinin tikintiyə icazənin verilməsi prosesinin birinci mərhələsindən yanğın və qəza-xilasetmə vasitələrinin hərəkəti və binaya giriş yolunun planlaşdırılması nəzərə alınmalıdır.
Yanğınsöndürmə və qəza-xilasetmə vasitələrinin hərəkəti üçün nəzərdə tutulan yolun sərbəst eni ən azı 6 metr olmalıdır. Binaya yanğın və qəza-xilasetmə vasitələri üçün ən azı bir giriş yolu xidmət göstərməlidir. Bundan əlavə, binaya giriş-çıxış yolu elə planlaşdırılmalı və tikilməlidir ki, zəruri hallarda yanğın nərdivanlarının mexanizmlərinin tam şəkildə işə salınması təmin edilsin.
916-cı yarımbəndə əsasən hündürlüyü 75 metrdən çox olan binanın damında insanların təxliyyəsi üçün yanğın-xilasetmə kabinələrinə ən azı bir meydan ayrılmalıdır. Meydanın ən azı 25 kvadratmetr sahəsi olmalı və damın ortasında yerləşməlidir.
Qeyd olunan yarımbəndlər baş nazirin 26 oktyabr 2022-ci il tarixli fərmanı ilə texniki reqlamentlərə əlavə edilib. Qətnamə dərc edildikdən dərhal sonra eyni gündə qüvvəyə minməli idi, lakin 2023-cü ilin fevral ayının qərarı ilə 2024-cü ilə qədər təxirə salındı. Qətnamə qüvvəyə düşsə, tələblər 27 oktyabr 2022-ci il tarixindən yaranan hüquqi münasibətlərə şamil ediləcək.
Dəyişikliklərin təxirə salınması Gürcüstan Biznes Assosiasiyası tərəfindən müsbət qiymətləndirilib.
“Giriş yolları üçün adekvat xarici şərait yaradılmalı idi, lakin təklif olunan məsafələr o qədər böyük idi ki, devoloperlərə məxsus torpaq sahələrinin təxminən 70-80 %-i yararsız hala düşə və ciddi çətinliklərlə üzləşə bilərdi.
Ona görə də təklifimiz var idi ki, qətnamə təsiri təxirə salınmalı və eyni zamanda ən yaxşı təcrübələri, müasir yanaşmaları görməliyik, fövqaladə hallar xidmətlərinin təklif etdiyi yanaşmaya alternativlər var idisə. Bunun özlüyündə pis olduğunu demirik, amma biz mövcud reallığa uyğun həll yolları axtarmalıyıq”, - bu barədə Gürcüstan Biznes Assosiasiyasının icraçı direktoru Levan Vepxvadze bildirib.
Onun məlumatına görə, ilin sonuna kimi assosiasiya dövlət qurumları ilə razılaşdırmaqla yüksək nüfuzlu konsaltinq şirkəti seçəcək və o, Gürcüstan reallığına uyğunlaşdırılmış milli standart hazırlayacaq.