Dünən prokurorluq tərəfindən saxlanılan Tamar Baçaliaşvilinin işinin keçmiş müstəntiqi Serqo Şubitidze təqdim olunan ittihamları etiraf edir. Bu barədə təqsirləndirilən şəxslə görüşdən sonra, onun vəkili Darejan Butsxrikidze və işin prokuroru Mariam Meşveliani məlumat verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən, qorumam altında olan şəxslə görüşdüm. O, törətdiyi cinayəti etiraf edir və peşmanlığını ifadə edir. İctimaiyyətə bildirmək istəyirəm ki, o, telefonu səhv salıb və söhbət, şəxsən Baçaliaşvilinin telefonundan getməyib. Qarşıdırıb. Baçaliaşvilinin telefonu olduğunu düşündüyü telefonu götürürb. Söhbət, bu işin başqa telefonundan gedir”, - deyə Darejan Butsxrikidze jurnalistlərə bildirib.
Vəkil, Şubitidzeyə təzyiq ola biləcəyini təkzib edib. Lakin həbs olunmazdan əvvəl Serqo Şubitidze özünün və ailə üzvlərinin təqib olunduğunu və müstəntiqlərin ondan “Formula” teleşirkətinə təsirli vəziyyətdə müsahibə verdiyini deməsini istədiklərini deyirdi.
Təqsirləndirilən şəxs yalan ifadə verməsinin motivini açıqlamır: “İndiki mərhələdə o, ətraflı məlumat verməkdən yayınıb. Özünün izah etdiyi kimi, məhkəməyə ətraflı məlumat verəcək”, - deyə işin prokuroru qeyd edib.
Prokurorluq bu gün məhkəməyə müraciət edərək Serqo Şubitidzenin barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edəcək. Müdafiə tərəfinə gəlincə, Darejan Butsxrikidzenin sözlərinə görə, o, məhkəməyə girovdan istifadəni təklif edəcək - o, təqsirləndirilən şəxsin cinayəti etiraf etdiyini və onun üç övladı olduğunu nəzərə almağı xahiş edir.
Aprelin 29-da “Formula” televiziyasında Serqo Şubitidzenin müsahibəsi yayımlanıb və o, 23 yaşlı Tamar Baçaliaşvilinin intiharı versiyasına inanmadığını və işin saxtalaşdırıldığından şübhələndiyini bildirib. Bu ehtimalı təsdiqləyən hallardan biri kimi o, Tamar Baçaliaşvilinin mobil telefonunun hallandırıb, onun sözlərinə görə, müstəntiq Elquca Apuaşvili mobil telefonu möhürsüz vəziyyətdə ofisə gətirib. Serqo Şubitidzenin sözlərinə görə, ölən qadının telefonunu maşından götürdükdən sonra, ehtimal ki, onu qurub və onda iyulun 18-dək olan məlumatları siliblər. Hələ də Tetritskaro polis şöbəsində çalışan Elquca Apuaşvili “Formula”ya bildirib ki, o, “uzun müddətdir ki, işdən kənardır” və Şubitidzeyə möhürlənməmiş telefon verilməsi faktını xatırlamır.
Müsahibədə Serqo Şubitidze daha iki vəziyyətə diqqət çəkib. Onun sözlərinə görə, Tamar Baçaliaşvilinin çalışdığı şirkətin (“ZEG”) əməkdaşlarını prokurorluqdan daxil olan suallar əsasında dindirib : “Bizə sualların siyahısı olan şablon gəldi və dedilər ki, insanları onlar əsasında dindirək, nə artıq, nə əksik”. Müstəntiqin sözlərinə görə, belə bir versiya mövcud idi ki, Baçaliaşvilinin zəng mərkəzində işləyib.
Müsahibə verdikdən sonra polis polkovniki Şubitidze Kvemo Kartli Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi vəzifəsindən istefa verib.
Prokurorluq sübutların saxtalaşdırılması maddəsi ilə araşdırmaya başlayıb. Prokurorluğun bildirdiyinə görə, Serqo Şubitidze məhkəmədə şahid qismində dindirilərkən televiziya şirkətinə verilən məlumatı təkrarlayıb ki, bu da “çoxlu yalanlar ehtiva edən və Tamar Baçaliaşvilinin ailəsini, cəmiyyəti, istintaq orqanını və ədaləti çaşdırmaq məqsədi daşıyırdı”. İş materiallarına əsasən, hadisə yerinə baxış zamanı çəkilmiş foto və video sübut edir ki, iyulun 22-də Tamar Baçaliaşvilinin avtomobilindən götürülmüş mobil telefon qəza yerindəcə möhürlənib və elə həmin gün o, ekspertiza araşdırması üçün Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosuna göndərilib və telefon avqustun 12-dək heç bir müstəntiq tərəfindən açılmayıb.
“Tamar Baçaliaşvilinin mobil telefonunun eyni adlı “paskod”u məlum olmadığından, Samxarauli Bürosunun ekspertləri mobil telefonun yaddaşına yalnız xüsusi proqram vasitəsilə daxil ola bilib və nəticədə telefondakı məlumatlar götürülüb. Bərpa olunan məlumatlar birmənalı şəkildə sübut edir ki, Tamar Baçaliaşvilinin mobil telefonunda 18 iyul 2020-ci ilə qədər olan dövrə aid məlumatlar olub”, - Prokurorluqdan bildirilib
Tamar Baçaliaşvilinin əməkdaşlarının müsahibəsinə gəlincə, Prokurorluğun məlumatına görə, şirkətin bütün 45 əməkdaşı istintaq çərçivəsində yenidən dindirilib, nəticədə Serqo Şubitidzenin onların heç biri ilə əlaqə qurmadığı müəyyən edilib.
Təqsiri sübuta yetirilərsə, Serqo Şubitidzeni 4 ilə qədər həbs cəzası gözləyir.
23 yaşlı proqramçı Tamar Baçaliaşvili 18 iyul 2020-ci ildə yoxa çıxıb. İyulun 22-də onun meyiti Tetritskaro bələdiyyəsinin Matsevani kəndi yaxınlığında park edilmiş avtomobilində tapılıb. İş üzrə istintaq azadlıqdan qanunsuz məhrum etmə və intihar həddinə çattırma maddələri ilə başlansa da, 5 aydan sonra cinayət əlamətləri olmadığı üçün dayandırılıb. Baş Prokurorluq Tamar Baçaliaşvilinin intihar etdiyini açıqlayıb. Ekspertizanın rəyinə görə, ölümə səbəb dərman intoksikasiyası olub. Ailəsi və vəkillər intihar versiyasını lap əvvəldən təkzib ediblər, onlar güman edirdilər ki, Tamar Baçaliaşvilini başqa yerdə öldürüblər, sonra isə avtomobil Matçevani ərazisinə aparılıb. Baçaliaşvilinin ailəsi və vəkilləri hesab edirlər ki, Serqo Şubitidzenin açıqladığı məlumat yenidən istintaq aparılması üçün əsasdır.