Bakının Binəqədi rayonunda mebel fabrikində baş verən partlayış nəticəsində həlak olanların sayı 7-yə çatıb. Həlak olanlar arasında Gürcüstan vətəndaşı da var. Bolnisi bələdiyyəsinin Naxiduri (Arxlı) kəndindən olan 35 yaşlı kişi Bakıda işləmək məqsədilə olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oxucunun seçimi
- 1 Əliyev və həyat yoldaşı Putini şam yeməyində qonaq ediblər
- 2 Rusiyanın BMT-dəki nümayəndəsi “Gürcü Arzusu”nun avqust müharibəsi ilə bağlı bəyanatını təkrarlayıb
- 3 Şahin və Terner: Düzgün yola qayıtmaq üçün ilk addımı Gürcüstan hökuməti atmalıdır
- 4 Kobaxidze 22 seçki dairəsi üzrə “Gürcü Arzusu”nun nümayəndə heyətinə namizədlərin adını açıqlayıb
- 5 Məhkəmə MSK-nın mübahisələndirilən qərarını qüvvədə saxlayıb
- 6 Ukrayna Rusiyanın 1000 kvadrat kilometr ərazisinə nəzarət etdiyini bildirir
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, axtarış-xilasetmə işləri hələ də davam etdirilir.
Dekabrın 15-də gün ərzində mebel fabrikində baş vermiş partlayış və yanğınla nəticəsində 2750 kv.m ərazi tamamilə yararsız hala düşüb. Son məlumata görə, hadisə nəticəsində 24 nəfər xəsarət alıb, 3 nəfər isə xilasedicilər tərəfindən dağıntılar altından xilas edilib.
Azərbaycan Prokurorluğu yanğın təhlükəsizliyi qaydalarının pozulması və səhlənkarlıq maddələri ilə istintaqa başlayıb. Qurumdan bildirilib ki, partlayışın səbəbləri, dəymiş ziyan və digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.