Baş nazir Milli Məhkəmə Ekspertizası Bürosunun rəhbərini vəzifəsindən azad edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Baş nazir İrakli Kobaxidze Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunun rəhbəri Mamuka Canqulaşvilini vəzifəsindən azad edib.

Müvafiq sərəncamı Kobaxidze avqustun 14-də verib. Canqulaşvilinin vəzifədən azad edilməsinə nəyin səbəb olduğu məlum deyil.

Mamuka Canqulaşvili 2021-ci ilin martında keçmiş baş nazir İrakli Ğaribaşvilinin sərəncamı ilə Milli Məhkəmə Ekspertizası Bürosunun rəhbəri vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl, 2006-cı ildən Maliyyə Nazirliyinin istintaq idarələrində işləyib. 2015-ci ildən Gəlirlər Xidmətinin vergi monitorinqi şöbəsinin rəisi, 2018-2021-ci illərdə isə gömrük idarəsinin rəisi vəzifəsində çalışıb.

Qanuna əsasən, PHŞ Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosunun rəhbəri Gürcüstanın Baş naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur