Baş nazir postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürüləcək - “İmedi”

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Baş nazir postuna “Gürcü Arzusu”nun sədri vəzifəsini icra edən İrakli Kobaxidzenin namizədliyi irəli sürüləcək. Bu barədə hökumət telekanalı “İmedi” məlumat yayıb.

“İmedi”nin məlumatına görə, yanvarın 24-də “Gürcü Arzusu”nun siyasi şurasının iclası keçirilib və orada qərara alınıb ki, fevralın 1-də partiyanın qurultayında İrakli Kobaxidze baş nazir postuna namizəd göstərilsin. İrakli Ğaribaşvili istefa verdikdən sonra “Gürcü Arzusu”nun sədri postunu tutacaq. Bundan başqa, İrakli Kobaxidze partiyanın siyasi katibi  də olacaq.

Bu gün səhər saatlarında parlamentin sədri Şalva Papuaşvili baş nazir İrakli Ğaribaşvilinin yaxın bir neçə gün ərzində postunu tərk edə biləcəyi ilə bağlı məlumatları “spekulyasiya” adlandırıb.

“Mən spekulyasiyalara şərh verə bilmərəm. Biz belə fərziyyələri dəfələrlə eşitmişik. Bu söhbətlər ancaq televiziyada olur. Mən heç bir məlumat eşitməmişəm”, - Papuaşvili “Pirveli” telekanalının sualına cavabında bildirib.

Bidzina İvanişvilinin siyasətə qayıdışından və “Gürcü Arzusu”nun fəxri sədri təyin edilməsindən sonra hakim partiya nizamnaməsində dəyişikliklər edib. Yeni nizamnaməyə görə, siyasi şura “Gürcüstanın baş nazirinin namizədliyini partiyanın fəxri sədrinin təqdimatı əsasında təsdiq edir”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur