Dedoplistskaroda baş nazir İrakli Ğaribaşvilinin evinin hasarına yük maşını ilə çırpılan 33 yaşlı Qiorqi Qoçitaşvili Xoni psixiatriya xəstəxanasında məcburi müalicəyə məhkum edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qərarı Sığnaği Rayon Məhkəməsinin hakimi Qiorqi Buxraşvili Milli Məhkəmə Ekspertiza Bürosunun rəyi və prokurorluğun vəsatəti əsasında iyunun 30-da çıxarıb. Təqsirləndirilən şəxs artıq Xoni psixiatriya xəstəxanasına yerləşdirildiyi üçün prosesdə iştirak edə bilməyib. Vəkilin sözlərinə görə, internetlə qoşulmaq texniki cəhətdən mümkün olmayıb.
Bundan əvvəl Sığnaği rayon məhkəməsində Qoçitaşvilinin iştirakı ilə iki iclas keçirilib. Qoçitaşvili həqiqətən də yük maşını ilə Ğaribaşvili ailəsinin evinin hasarına çırpıldığını desə də, özünü təqsirli bilməyib.
“Düşünürəm ki, mən doğru etmişəm. Mən heç yerə qaçası deyiləm, yeni cinayətlər törədən də deyiləm. Mən öz işimi yerinə yetirdim və bu insanları xidmət etdikləri klandan azad olunmaları üçün oyatdım. Siz klana, hansısa Ğaribaşvililərə, anası ……..lərə yox da, ölkənizə, bəzi etməlisiniz”, - Qoçitaşvili hakimə müraciət edib.
O, Ğaribaşvilinin evinin hasarına niyə çırpıldığına aydınlıq gətirməyib. Bir neçə mənbəyə görə, Qoçitaşvili Ğaribaşvililər ailəsində fəhlə işləyirmiş, o, baş nazirin atasından ikinci əl tikinti materialları istəyib və o, bundan imtina edəndə əsəbiləşib.
Cinayət işində baş nazirin ailəsinin heç bir üzvü zərərçəkmiş şəxs kimi tanınmayıb. Prokurorluq Qoçitaşvilini Ğaribaşvilinin əmlakına ziyan vurmaqda yox, Mülki Məcəllənin polisə müqavimət, hədə və ya zor tətbiq etməni nəzərdə tutan 353-cü maddəsi ilə ittiham edib.
İş materiallarına görə, Qoçitaşvili həbs olunarkən yük maşını ilə polis maşınını vurub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib.
Qiorqi Qoçitaşvilini xəzinədarlığın vəkili Arçil Tuxaşvili müdafiə edib. Onun “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, psixiatriya müəssisəsində məcburi müalicənin maksimum müddəti 2 il 6 aydır, lakin həkim komissiyasının qərarına əsasən, sözügedən cəza müddəti azaldıla bilər.
Aprelin 23-də Qiorqi Qoçitaşvili dostuna məxsus yük maşını ilə baş nazirin yaşayış evinin hasarına çırpılıb, bundan sonra o, hadisə yerindən gizlənməyə çalışıb. Polis onu, həmin gün, Tbilisiyə gedən yolda, Liloda həbs edib.
Psixiatrik xəstəxanada məcburi müalicəyə məhkum edildikdən sonra Qoçitaşviliyə qarşı cinayət təqibi dayandırılıb. Onun ailə üzvləri mediaya açıqlama vermir. “Gürcüstan Xəbərləri”nə məlumdur ki, Qoçitaşvilinin psixi sağlamlıqla bağlı problemləri var.