Gürcüstanın baş prokuroru İrakli Şotadzenin sözlərinə görə, Şovidə baş vermiş təbii fəlakətlə bağlı istintaq intensiv şəkildə aparılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İlk öncə Racada baş verən bu böyük faciə ilə bağlı mərhumların hər birinin ailəsinə başsağlığı verirəm. Daxili İşlər Nazirliyində araşdırmalar davam edir, istintaq qrupu yaradılıb, yüzlərlə vətəndaş artıq dindirilib, bir sıra ekspertizalar təyin edilib və zərərçəkmişlərin, zərərçəkmişlərin qanuni nümayəndələrinin cinayət qanunvericiliyi materialları ilə tanış olmaq imkanı var. Onlar istintaq prosesinə cəlb edilib və onların hər bir vəsatətinə və ya təklifinə müxtəlif istintaq və ya prosessual hərəkətlər üçün baxılır. İstintaqın nəticələrinə gəlincə, biz şübhəsiz ki, araşdırma başa çatdıqdan sonra ictimaiyyətə ətraflı və dolğun məlumat verəcəyik”, - İrakli Şotadze bildirib.
“Gürcüstan Xəbərləri” zərərçəkmiş kimi tanınan David Maisuradzenin maraqlarını qoruyan “İnsan Haqları Mərkəzi”nin hüquqşünası Nestan Londaridze ilə danışıb. Avqustun 3-də Şovidə baş vermiş təbii fəlakət nəticəsində David Maisuradzenin həyat yoldaşı və iki uşağı həlak olmuşdu. Nestan Londaridzenin sözlərinə görə, prokurorluq vəkillərə yenidən iş materiallarının surətini götürməyə icazə vermir. “Təşkilatımızdan başqa bir hüquqşünasla mən iş materialları ilə tanış olmaq üçün üç gün Qərbi Gürcüstan Rayon Prokurorluğunda oturduq. Şovi işi 40-dan çox cildi əhatə edir. Əllə köçürmək qeyri-mümkündür. Prokurorun qərar ilə biz iş materiallarının surətini götürməyə rədd cavabı aldıq. Apellyasiya şikayəti verdik, lakin yuxarı prokuror da vəsatəti təmin etmədi”, - Nestan Londaridze bildirib.
Şovidə dünyasını dəyişən Davit Beriaşvilinin ailəsinin vəkili Ana Arqanaşvilinin sözlərinə görə, iş materiallarının həcminə və mürəkkəbliyinə görə yalnız materiallarla tanış olmaqla müdafiə hüququndan səmərəli istifadə etmək mümkün deyil.
Oktyabrın 2-də qeyri-hökumət təşkilatları Prokurorluğu istintaqı lazımi keyfiyyətlərlə aparmağa, işin Baş Prokurorluq tərəfindən araşdırılmasına və vəkillərə iş materialları ilə lazımi şəkildə tanış olmaq imkanının yaradılmasına çağırıb.
Daxili İşlər Nazirliyi Şovidə baş verən hadisələr və insanların ölümü ilə bağlı Cinayət Məcəlləsinin 116 və 240-cı maddələri ilə araşdırma aparır, hansı ki, mədən, tikinti və ya digər işlərin gedişi zamanı insanların ehtiyatsızlığı və təhlükəsizlik qaydalarının pozulması nəticəsində insan tələfatını nəzərdə tutur. Bununla belə, axtarış-xilasetmə əməliyyatını məhz Daxili İşlər Nazirliyi aparırdı, belə ki, bu işlər və insanların çıxılmaz vəziyyətdə buraxılması ilə bağlı çoxlu suallar yaranır.
Avqustun 3-də Şovidə palçıq axını nəticəsində 33 nəfər həlak olub. Mütəxəssislərin fikrincə, sürüşmə Tbilisa buzlağından uçqunlarının qopması və buzlaqaltı suların daşması nəticəsində inkişaf etmişdir. Ölənlərdən birinin meyiti hələ də tapılmayıb.