Batumiyə daxil olan həmin gəmidən vətən nəyi qorumalıdır? - Kaladze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Vətən Günü Batumiyə girən o xüsusi gəmidən nəyi qorumalıdır? Rusiya vətəndaşları sadə şəkildə turistik məqsədlər üçün daxil ola bilərlər. Bilirsiniz ki, illərdir qurudan daxil olmaq mümkün idi, birbaşa uçuşlar var idi, gəmi ilə də girib Gürcüstanda bir neçə saat qalmaq, pul xərcləmək olar. Mən bunda heç bir problem görmürəm”, - “Gürcü Arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladze Batumidə keçirilən etiraz aksiyalarını belə şərh edib.

Kaladze aksiyanı “ikiüzlülük” adlandırıb. Onun sözlərinə görə, Gürcüstanın qapısı turistlər üçün açıqdır.

“Bu rus, amerikalı, avropalı (turist) ola bilər. Mən ümumiyyətlə heç bir problem görmürəm. Turistlərin girişi problem ehtiva etmir, gəlsinlər. Ən əsası odur ki, hər kəs Gürcüstan Konstitusiyasına, Gürcüstan qanunvericiliyinə hörmət etsin, qanunlara əməl etsin.

Gəlsinlər, pul xərcləsinlər. Bu pullar Gürcüstan iqtisadiyyatına gedir, elə? Əslində, gördüyümüz kimi, bu etiraz təkrar-təkrar Gürcüstana, Gürcüstan iqtisadiyyatına qarşı yönəlib. İnsanlar ölkədə əmin-amanlığın olmasından, iqtisadi inkişafdan məmnun deyillər. Turist gəlir, pul xərcləyir və sonra, yenə gedib öz ölkəsinə qayıdır. Bu çox sadədir”, - deyə Kaxa Kaladze bildirib.

Batumidə baş verənləri hakim partiyanın digər liderləri də şərh edib və etiraz aksiyasını Vahid Milli Hərəkatla əlaqələndirməyə çalışıblar. Parlamentin birinci vitse-spikeri Qia Volskinin sözlərinə görə, “söhbət saxtakarlıqdan gedir” İqtisadiyyat naziri Levan Davitaşvilinin sözlərinə görəisə, “məsuliyyətsiz aksiyalar məsuliyyətsiz müxalifət tərəfindən təşkil olunub”.

“Bu, sırf siyasiləşdirilmiş bir aksiyadır. Təəssüflər olsun ki, ölkə əhalisini çaşdırmaqla ölkədə dağıdıcı addımlar atmağa və təkcə turizmin inkişafına deyil, sabitliyin təmin olunmasına mane olmağa nail olurlar ki, bu da iqtisadi rifahı bilavasitə əngəlləyir, bu, əhalimizin mənafeyinə və bütövlükdə ölkəmizin maraqlarına ziddir”, - Davitaşvili bildirib.

Son bir həftədə Rusiya vətəndaşlarının səyahət etdiyi Soçi limanından çıxan səyahət gəmisi Batumi limanına ikinci dəfə daxil olub. İyulun 27-də gəmi aksiya ilə yola salınıb və bu gün səhər saatlarında təkcə müxalif siyasətçilər deyil, vətəndaş cəmiyyəti üzvləri, fəallar da onları yenidən aksiya ilə qarşıladılar. Daxili İşlər Nazirliyi hadisə yerinə patrul və kriminal polisi, eləcə də xüsusi təyinatlıların əməkdaşlarını səfərbər edərək, gəmiyə çıxışları dəmir bəndlərlə bağlayıb. Hazırda etiraz aksiyasının 23 iştirakçısı xırda xuliqanlıq və asayiş keşikçisinin qanuni tələbinə tabe olmamaq bəhanəsi ilə həbs edilib. Rus turistlərin bəziləri polisin köməyi və etirazçıların qışqırıqları fonunda dənizkənarı şəhəri ziyarət etmək üçün avtobuslarla gəmini tərk ediblər.

Astoria Grande günün sonunda Batumi limanından Türkiyə şəhərləri istiqamətində yola düşəcək və avqustun 5-də Soçiyə qayıdacaq. Qeyd edək ki, Batumi səyahət marşrutuna ilk dəfə bu il əlavə edilib. Bundan əvvəl proqrama Türkiyənin Trabzon, Amasra və İstanbul şəhərlərinə səfərlər daxil idi. Rəsmi internet saytında dərc olunan məlumata görə, avqust və sonrakı aylar üçün nəzərdə tutulan oxşar səfərə Batumidə dayanmaq daxil olmayacaq. Proqramda dəyişiklik yəqin ki, Batumidə keçirilən aksiyalardan sonra tətbiq edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur