“Belə kataklizmlər, belə faciələr, fəlakətlər hər ölkədə olur. Bunun qarşısını almaq mümkün idi şəklindəki hər hansı bir söhbət, məncə, çox mənasızdır”, - Baş nazir İrakli Qaribaşvili Şovidəki təbii fəlakət zonasına səfəri zamanı deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xilasetmə əməliyyatı ilə bağlı Qaribaşvili “Pirveli” teleşirkətinin jurnalistinin xilasedici helikopterlərlə bağlı sualını cavablandırıb və deyibki, yalandır, guya hökumət helikopter almaq qərarına gəlib, amma bir il keçib, alınmayıb.
“Əvvəlcə xilasedici helikopterlər dünən və bu gün işləyib. Dünən tapılanların hamısını vurğulayıram ki, onların heç biri xəsarət almayıb, hamısı xilasetmə xidmətimiz tərəfindən sağ-salamat çıxarılıb. Xidmətlərimiz orada idi və vəziyyət tam nəzarət altında idi. Bu gün bu mövzuda danışmaq istəməzdim, amma bu gün dinləyəcəyik... Təbii ki, boş siyasətçilərə, müxalifət nümayəndələrinə münasibət bildirməyəcəyəm. Amma siz, şəxsən sizin televiziyanız və digər televiziyalar gün ərzində belə bir vəziyyətdə, ölən vətəndaşlarımızın olduğu halda, faciədir bu, ailələr hələ də öz ailə üzvlərini tapa bilmir, siz isə amorallıq yaradırsınız. Siz əhaliyə yalan danışırsınız ki, belə çıxır ki, hökumət helikopter almaq qərarına gəlib, bir il keçib və məlum olur ki, biz onları almamışıq. Xahiş edirəm belə mənasız yalanlardan çəkinin. Ya məlumatı anlamaqda ciddi probleminiz var, məncə daha çox probleminiz var, günün 24 saatı yeganə işinizlə məşğul olursunuz - xalqımızı çaşdırmaq, insanları çaşdırmaq. Çox acınacaqlı vəziyyətdir, belə bir faciəmiz var və siz insanlara on qat təzyiq göstərirsiniz. Bu biabırçı fərziyyəyə son qoymalısınız ki, üç helikopter alınıb, amma alınmayıb. Əsas odur ki, xilasetmə xidmətimiz tərəfindən 210 nəfər həmvətənimiz sağ-salamat çıxarılıb”, - Ğaribaşvili bildirib.
Jurnalistin təbii fəlakət bölgəsində 31 nəfərin axtarışı gedir sualına Ğaaribaşvili deyib -”Siz adi yalançı televizyasınız və insanları aldadırsınız. Mən daha bu barədə danışmaq istəmirəm”.
İrakli Ğaribaşvili demişdi ki, qonşu ölkələrdən kömək istəməyə ehtiyac yoxdur.
Təbii fəlakət nəticəsində azı 11 nəfər ölüb, 25 nəfərin axtarışları davam edir. Təbii fəlakət zonasından 200-dən çox insan təxliyə edilib.
Avqustun 3-də saat 15:15 radələrində Şovi ərazisində baş verən sürüşmə nəticəsində palçıq axını əmələ gəlib. Axın kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə, 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Xilasetmə əməliyyatlarına 400-ə yaxın yanğınsöndürən-xilasedici cəlb olunub. Onlardan 150 nəfəri gecə saatlarında təbii fəlakət bölgəsində olub və gecə düşəndən sonra helikopterlər işini dayandırıb.