Bir ildən artıqdır ki, Mədəni İrsin Mühafizəsi Agentliyi ənənəvi Raga yeməyinə - "Şkmeruliyə" qeyri-maddi mədəni irs abidəsi statusunun verilməsi ilə bağlı müraciəti təmin etmir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
"Şkmeruli" üçün statusun verilməsini Şkmer təşəbbüs qrupu tələb edir. Onlar 2022-ci ilin yanvar tarixində agentliyə yazılı müraciət ediblər.
Təşəbbüs qrupunun nümayəndəsi Qoqa Qaqnidze hesab edir ki, “Şkmeruli”nin tanınması Zemo Raganın mədəni potensialını göstərəcək və elə ilk mərhələdə kənddə qalmış ailələrin iqtisadi vəziyyətini yaxşılaşdıracaq – necə ki, bu Paşvda “Dambalxaço” üçün, Svanetidə - “Narçvi” üçün və s. statusun verilməsi nəticəsində baş verib.
"Şkmeruli" gürcü xörəklərinin ən nadir növlərindən biridir, toponimikdir və onun adı hazırlanma tərzinə görə deyil, unikal mənşəsinə görə əhəmiyyət kəsb edir.
Son illərdə "şkmeruli" Yaponiyada populyarlaşdı - “fast fud” obyektlərində və təkcə orada deyil. "Şkmeruli" əsasında guşəmizin, Şkmer icmasının iqtisadi inkişaf konsepsiyasını hazırlamışıq. Quşçuluq müəssisəsinin yaradılması və onun əsasında tez bişirilən “şkmeruli” istehsalı bunun bir hissəsidir.
Yaponiyada bununla maraqlanan bizə avadanlıqla bağlı kömək etməyə hazır insanlarla əlaqəmiz var. Populyarlığına görə bu orqanik məhsul Gürcüstanda da öz bazarını tapacaqdı. Bu prosesdə “Şkmeruli”yə qeyri-maddi abidə statusunun verilməsi bölgənin iqtisadi dirçəlişinin stimullaşdırılması üçün mühüm ilkin şərti də olacaqdı”. - deyə “Gürcüstan Xəbərləri”nə bildirib Qoqa Qaqnidze.
“Şkmer” təşəbbüs qrupu agentliyin müraciətə məhəl qoymamasını onunla izah edir ki, yerli əhali Şkmerdə açıq yolla manqan çıxarılışına qarşıdır, fiziki və hüquqi mübarizə nəticəsində Şkmer icmasının ərazilərində qazıntılar dayandırılıb.
“Şkmeri xilas etmək, həmin resursdan, ətraf mühitdən, mədəniyyətdən, adət-ənənələrdən davamlı istifadə, Şkmer və Mravaldzalinin qorunma ərazilərinin yaradılmasını ikinci ildir ki, tələb edirik, bunun üçün müvafiq qanun layihəsini parlamentə təqdim etmişik, ancaq nəticə əldə etməmişik.
Hökumətin bu siyasətinin bir hissəsi olaraq “Şkmeruli”yə indiyədək qeyri-maddi abidə statusu verilməyib. Niyə agentlik "Şkmeruli"nin qeyri-maddi mədəni irs abidəsi hesab etmir və məsələn, “Apoxti Xəngəli” və ya “Mtsxeti piroq”nu isə hesab edir, bunlara iki gün əvvəl abidə statusu verilib”, - Qoqa Qaqnidze bildirib. Artıq bir neçə aydır ki, Mədəni İrs Agentliyinin köhnə əməkdaşları işdən çıxarılıb və o, agentliklə əlaqə saxlaya bilmir.
“Müraciətimizə müraciətlər toplandıqdan sonra vaxtaşırı toplaşan komissiya tərəfindən baxılmalı idi. Nəticələri gözləyirdik, bu da çox vaxt apardı. Əlaqə saxladığımız agentlik əməkdaşı mənə dedi ki, işdən çıxarılıb, lakin o, “Şkmeruli”nin mədəni abidə statusu alması üçün hər şeyi hazır qoyub. Bundan sonra agentliyə yazılı şəkildə müraciət etdim, cavab almamışam. Heç bir kommunikasiya da olmayıb”.
Mədəni İrsin Milli Agentliyi hissəsi də olduğu Mədəniyyət Nazirliyi ilə birlikdə ən qapalı dövlət orqanıdır. Tea Tsulukianinin nazir təyin edilməsindən sonra Mədəniyyət Nazirliyi və onun qurumları ilə əlaqə, bu qurumlardan ictimai məlumatların əldə edilməsi son dərəcə çətinləşdi. “Gürcüstan Xəbərləri” bu dəfə də nə agentlikdən, nə də nazirlikdən açıqlama ala bilməyib.
“Gürcüstan Xəbərləri” Tbilisi şəhər məhkəməsinə Mədəni İrsin Qorunması üzrə Milli Agentlik və Mədəniyyət Nazirliyinə qarşı iki şikayət təqdim edib. Hər iki qurum ölkə əhəmiyyətli mədəni irs abidəsi - Alaverdi monastırının yaxınlığında və abidənin vizual mühafizə zonasında, Alaverdi yeparxiyası və “Badaqoni” şirkəti tərəfindən qanunsuz olaraq otel tikintisi ilə bağlı ictimai məlumatı bloklayıb.