Biz bunu dəf etdik və hər kəsə öz layiqli yerini göstərdik- Ğaribaşvili 7-9 mart aksiyaları haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Evə-Avropaya” aksiyasını yaxşı xatırlayırsınız. Onların bəyan etdikləri məqsəd də hökuməti dəyişmək idi. Təbii ki, onların son vəzifəi müharibəyə başlamaqdır. Daxili və xarici düşmənlərimizin bu planı da iflasa uğradı. Sonuncu cəhdi xatırladacam, bir neçə həftə əvvəl, martın 7-8-də eyni adlı beşinci kolon və onların nəzarətində olan ekstremist, radikal, anarxist qüvvələr, onların nəzarətində olan gənclər təşkilatları - “Milli Hərəkat”, “Qirçi – Daha Çox Azadlıq”, eyni adlı “Franklin Klubu”nun  anarxist hərəkatları. Onların cəhdlərinin polisə hücum olduğunu xatırlayırsınız. Polisə “molotov kokteyllərinin”, daşların və s. atıldığını hamımız gördük. Bu, hökumətin öz müdrikliyi və gücü ilə dəf etdiyi və hər kəsə öz layiqli yerini göstərdiyi zorakı bir aksiya idi”, - Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ölkənin üzləşdiyi təhlükələr haqqında danışmaq üçün interpelasiya qaydası ilə getdiyi parlamentdə çıxışı zamanı deyib. 

“Gürcü Arzusu” Rustaveli prospektində keçirilən minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları və misli görünməmiş beynəlxalq təzyiqlərdən sonra hökumətdən asılı olmayan qeyri-hökumət və media qurumlarını böyük əksəriyyətini xarici təsir agentləri kimi təqdim edən rus qanununu qəbul etməkdən imtina edib. Martın 7-9-da hakimiyyət aksiyaları gözyaşardıcı qaz, su şırnaqları və bibər qazından istifadə edərək dağıdıb.

Ğaribaşvili hesab edir ki, əgər Avropa və avropalı həmkarları həqiqətən də qütbləşməyə son qoymaq istəyirlərsə, Gürcüstana namizəd statusu verməlidirlər ki, bu da bütün sualları və spekulyasiyaları aradan qaldıracaq.

Baş nazir bir daha vurğuladı ki, son iki ildə ölkədə ikirəqəmli iqtisadi artım müşahidə olunub və ÜDM demək olar ki, 30 milyard lari artıb ki, bu da artıq adambaşına 8000 dollar təşkil edir.

“Bu gün bizə deyirlər ki, turistlər üçün vizasız rejimi ləğv edək və Rusiya ilə bütün ticari-iqtisadi əlaqələri dayandıraq. Müharibədən bir neçə ay sonra Saakaşvili hökuməti birtərəfli qaydada Rusiya üçün viza rejimini ləğv etdi. Bu gün Ukraynada müharibə gedəndə bizə deyirlər ki, ruslar üçün viza rejimi yaradın, onlar bizim müharibədən sonra bunu özləri ləğv etdilər, başa düşürsünüzmü, onlar haradadır, nədən danışırlar. Müharibədən sonra yenə də Saakaşvili hökuməti xanım Teona Akubardiyanın dediyi kritik enerji obyektlərini, infrastrukturu Rusiya dövlət şirkətlərinə təhvil verdi və viza rejimini ləğv etdi.

Müharibədən sonra Rusiya Gürcüstanda hərbi bazalar qurmağa davam edərkən, heç olmasa beynəlxalq tərəfdaşlar da Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün təşkil olunardı. Kimsə xatırlayırmı, ümumiyyətlə, bu istiqamətdə kimsə nəsə etdimi? Sıfır, heç birşey. Hər hansı bir cəhdi də xatırlamırıq. Amma bu gün bizə təzyiq edirlər ki, Ukraynadakı müharibəyə görə iqtisadi sanksiyalar tətbiq edək, iqtisadiyyatımızı məhv edək, əhalimizə, xalqımıza, Rusiyada yaşayan milyonlarla vətəndaşımıza ziyan vuraq. Bu, çox böyük bədbəxtlik və faciədir, baxmayaraq ki, bu, ölkəmizin əsl rəqibinin kim olduğunun tam lüstrasiyasıdır”, - Ğaribaşvili bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur