“Bu işğal ağır bir mirasdır. Bu gün qədimi ərazilərimizin əsas hissəsi, hər iki regionu müvəqqəti işğal altındadır, lakin biz, ölkəmizin ərazi bütövlüyünü öz ağlımız, zəkamız, ardıcıl addımlarımızla bərpa etməliyik. Bu, bizim məqsədimizdir”, - Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Qoridə Şindisi Qəhrəmanları abidəsini ziyarəti zamanı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Şindisi kəndi yaxınlığında baş verən döyüşdən bu gün 15 il ötür. Döyüş zamanı 17 gürcü əsgəri həlak olub. Ğaribaşvilinin sözlərinə görə, onlar böyük qəhrəmanlıq və fədakarlıq nümunələri göstəriblər ki, gələcək nəsil də bu nümunələrlə yetişməlidir.
“Şindisi döyüşündən sonra qəhrəman oğlanlarımızın bizə göstərdiyi fədakarlığın bir çox təfərrüatları üzə çıxdı. Bir daha onların nurlu xatirəsi və ailələri qarşısında baş əyirəm, belə qəhrəmanlar yetişdirdiklərinə görə hökumət adından bir daha təşəkkür etmək istəyirəm. Bilirsiniz ki, məlumat yayılırdı, düşmən, qarşı tərəf elə bilirdi ki, bütün diviziya burada vuruşur, lakin burada sadəcə 17 nəfər, bir tağım fədakarlıqla vuruşurdu. Bu, gürcülüyün, sarsılmaz ruhun, şücaətin, mərdliyin və ölkəmizə məhəbbətin nümunəsidir”, - deyə baş nazir jurnalistlərə bildirib.
İrakli Ğaribaşvili Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə də toxunub və bir daha onu satqın adlandırıb: “Təyyarənin səsindən qaçan Saakaşvilini xatırlayırsınız. Qəhrəmanlar burada özünü qurban verərkən, keçmiş prezident qaçırdı və bütün dünya onun qorxmuş sifəti ilə yerdə uzandığını gördü. Bu bizə ondan xəbər verir ki, aslan oğlanlarımız, aslanlar ordusu fədakarlıqla, sədaqətlə vuruşub və həmin vaxt başda satqın, xəyanətkar, biabırçı, qorxaq bir adam dayanıb. Xoşbəxtlikdən, gürcü xalqı bundan müvafiq nəticə çıxardı”.
Şindisi Döyüşü Avqust Müharibəsinin ən çətin epizodlarından biridir. Rusiya hərbi birliyi ilə qeyri-bərabər vuruşma zamanı Gürcüstan Silahlı Qüvvələrinin 2-ci piyada briqadasının 17 gürcü əsgəri - Aleksandre Oniani, Emzar Tsilosani, Vepxvia Jişkarani, Zviad Katsadze, Teymuraz Beridze, İlia Qabunia, İliya Şeklaşvili, İrakli Çanelidze, Kaxa Koşadze, Levan Melkadze, Marlen Baramia, Mixeil Dvalişvili, Nikoloz Porçxidze, Roman Zoidze, Ruslan Tsuladze, Feliks Kakauridze və Şmaqi Kupatadze. 2021-ci ildə prezident Salome Zurabişvilinin qərarı ilə sonadək fədakarlıqla vuruşan və düşmənə diri-diri təslim olmayan kiçik çavuş Aleksandr Oniani ən yüksək dövlət mükafatı - Gürcüstanın Milli Qəhrəmanı ordeni ilə təltif edilib.