İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinə qadağa qoyulmasından danışarkən deyib ki, Rusiya ilə “strateji tərəfdaşlıq” Abxaziya üzərinə “müəyyən öhdəliklər” qoyur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Əgər bu təşkilatın fəaliyyəti 2012-ci ildən Rusiya Federasiyası ərazisində qadağan edilibsə, bu çətin şəraitdə, döyüşlərin getdiyi, əslində, genişmiqyaslı müharibənin getdiyi bir vaxtda biz müttəfiqlər və strateji tərəfdaşlar kimi , burada, Abxaziya ərazisində Rusiyaya qeyri-dost, düşmən münasibəti olan bir təşkilatın fəaliyyətinə icazə verə bilərikmi?”, - Aslan Bjaniya bildirib və qondarma xarici işlər naziri İnal Ardzinbaya müraciət edib.
“İnal, bax, acı şeyləri belə danışmalıyıq. Diplomatik dil, əlbəttə ki, yaxşıdır, lakin ictimaiyyət və sadə insanlar üçün həmişə başa düşülən deyil. Əgər biz müttəfiqiksə, strateji tərəfdaşıqsa, bu, bizə müəyyən öhdəliklər qoyur”.
Bjaniyanın sözlərinə görə, Rusiya Federasiyası ilə münasibətlər yüksək səviyyədədir, lakin daha yüksək səviyyədə olmalıdır, çünki “bu, abxaz xalqının əsas marağıdır”.
Bir neçə gün əvvəl Aslan Bjaniya qondarma parlamentə “Qeyri-kommersiya təşkilatları və xarici agent kimi fəaliyyət göstərən fiziki şəxslər haqqında” qanun layihəsi təqdim edib. Qəbul olunarsa, Rusiyada olduğu kimi qeyri-hökumət təşkilatlarını və ayrı-ayrı şəxsləri “xarici agent” elan etmək mümkün olacaq. Vətəndaş sektoru yeni qanunun qəbuluna qarşıdır.
Artıq Abxaziyada “USAID”in maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinə qadağa qoyulub. Ötən ilin dekabrında “USAID/Qafqaz Missiyası”nın direktoru Con Penel de-fakto xarici işlər nazirinin qərarı ilə persona non-qrata elan edilib.