2023-cü il oktyabrın 30-dan noyabrın 7-dək BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Meri Loulor Gürcüstanda rəsmi səfərdə olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xüsusi məruzəçi dövlət qurumları, Xalq Müdafiəçisi Aparatı, vətəndaş cəmiyyəti üzvləri və hüquq müdafiəçiləri ilə; Həmçinin hüquqşünaslar, jurnalistlər və digər media nümayəndələri, elmi ,evrələr və digər maraqlı tərəflərlə görüşəcək. Xüsusi məruzəçi BMT-nin milli komandası və ölkədə fəaliyyət göstərən diplomatik korpusla görüşlər keçirəcək.
Səfər zamanı Loulor hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti təşkilatlarının iş mühitinə təsir edən qanunları, siyasətləri və praktiki tədbirləri qiymətləndirəcək.
Səfər hökumətin dəvəti ilə həyata keçirilir.
Noyabrın 7-də, saat 11:00-da Tbilisidəki “Courtyard Marriott” mehmanxanasında xüsusi məruzəçi mətbuat konfransı keçirəcək.
Mütəxəssis öz hesabatını 2025-ci ilin martında İnsan Hüquqları Şurasına təqdim edəcək.
Meri Loulor (İrlandiya) 2020-ci ildə İnsan Hüquqları Şurası tərəfindən hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi təyin edilib.