BMT-nin İnsan Hüquqları Məsələləri üzrə xüsusi məruzəçisi Meri Loulor Balda kanyonu mühafizəçilərinə edilən hücuma münasibət bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstanda, Balda anyonu yaxınlığındakı etiraz düşərgəsinə edilən zorakı hücumdan çox narahatam. 2 nəfər xəsarət alıb, 1 nəfər əməliyyat olunub.
Mən ölkəyə səfərimdən sonra hazırladığım hesabatda yerli hüquq müdafiəçilərinə hücumlar barədə xəbərdarlıq etdim və dövləti onların təhlükəsizliyini təmin etməyə və bu regionda münaqişəni həll etməyə çağırdım”, – Meri Loulor “X” sosial şəbəkəsində yazıb.
İyunun 11-də, axşam saatlarında Martvilin Balda kəndində çadırda toplaşan və 7 aydan artıqdır ki, Baldanın unikal kanyonunun qanunsuz özgəninkiləşdirilməsinə etiraz edən yerli sakinlərə hücum olunub. Çadıra hücum etməzdən əvvəl bıçaq və odlu silahlarla silahlanmış Qela və Qiqa Xurçilava qardaşları iki nəfəri yaralayıblar. 33 yaşlı Mindia Bjalava üz, baş, boğaz, kürək və döş qəfəsində yaralarla təcili tibbi yardım briqadası tərəfindən Kutaisi xəstəxanasına çatdırılıb və orada əməliyyat olunub. Hadisə zamanı 32 yaşlı Arçil Bjalava da yaralanıb.
Prokurorluq Qela Xurtsilavanı adam öldürməyə cəhd, qrup şəklində hədələmə və zorakılıqda ittiham edib və bu, 10 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur, Qiqa Xurtsilava isə hədə-qorxu gəlməkdə ittiham olunur. Cinayət 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Senaki məhkəməsi qardaşlar barəsində həbs qətimkan tədbiri seçib.
Martvil polisi “Balda Kanyonunu Mühafizəsi Naminə” hərəkatının üzvü 30 yaşlı İndiko Bjalavanı da hədə-qorxu ittihamı ilə saxlayıb. Qela Xurtsilavanın həyat yoldaşı onun barəsində polisə şikayət edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, İndiko Bjalava aralarında yaranmış münaqişə zəminində qadını öldürməklə hədələyib. İyunun 14-də Senaki Rayon Məhkəməsi İndiko Bjalavanı da həbs edib. İşdə zərərçəkmiş kimi tanınan qadının dindirmə sənədindən başqa, sadəcə bir qadının ifadəsi var. Şahid indi deyir ki, onun ifadəsi Martvili polisinin müstəntiqi tərəfindən saxtalaşdırılıb və İndiko Bjalavanın kimisə öldürməklə hədələdiyini deməyib. “Dağ Xəbərləri” bu mövzuda geniş reportaj hazırlayır.