Böyük Britaniyada miqrantlara qarşı zorakı etiraz aksiyalarında 400-ə yaxın insan saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Böyük Britaniyada bir həftədən çoxdur ki, miqrantlara qarşı milli və dini motivlərdən irəli gələn şiddətli etirazlar səngimir. Polis ifrat sağçı “İngilis Müdafiə Liqası” tərəfdarlarının başlatdığı nümayişlərin dörd yüzə yaxın iştirakçısını saxıayıb.

İyulun 29-da uşaq rəqs klubunda bıçaqlı şəxs 3 qızı öldürüb, bir neçə uşağı isə yaralayıb. Polis qətldə şübhəli bilinən 17 yaşlı Ruanda əsilli oğlanı həbs edib. İyulun 30-da Sautportda dəfn mərasimi keçirilib və onun bitişindən sonra bir neçə yüz şəxs şəhər məscidinə və oradakı polis əməkdaşlarına daş və butulka atıb. Polis maşını və zibil qutuları yandırılıb.

Kütləvi iğtişaşlara səbəb sosial şəbəkələrdə qətldə şübhəli bilinən şəxsin müsəlman, radikal islamçı və Britaniyada sığınacaq axtaran şəxs olması ilə bağlı yayılan xəbərlər olub. Sautport polisinin sözçüsü Aleks Qoss bu xəbərləri fərziyyə adlandırıb. Onun sözlərinə görə, 17 yaşlı şübhəli Uelsin Kardiff şəhərində anadan olub və illərdir Sautport yaxınlığındakı Banks kəndində yaşayır.

Hökumət “İngilis Müdafiə Liqası” anti-İslam təşkilatının radikal millətçilərini dəfn mərasimindən istifadə edərək məscidə hücum etməkdə ittiham edir, ancaq bu təşkilatın keçmiş lideri Tommi Robinson sosial şəbəkələrdə yazır ki, liqa artıq on ildir ki, mövcud deyil.

Böyük Britaniyanın Baş naziri Keir Starmer "X" sosial şəbəkəsində yazıb ki, Sautportda zorakılıq qurbanlarının şərəfinə sükut anından istifadə edənlər yas tutan ictimaiyyəti təhqir ediblər və "şərtsiz olaraq qanunun bütün gücünü hiss edəcəklər".

"Bu etiraz deyil, bu açıq zorakılıqdır. Bizim daimi dövlət qulluqçuları olan ordumuz var. Biz cinayətə qarşı ədaləti gücləndirəcəyik. Biz məscidlərə və müsəlman icmalarına edilən hücumlara dözümlülük göstərməyəcəyik", - deyə yazır baş nazir.

"Liverpul Ərazi Məscidi Şəbəkəsi" təşkilatı yerli müsəlman icmasının Sautportda uşaqların öldürülməsi ilə heç bir əlaqəsi olmadığını və hadisənin onları şoka saldığını bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur