Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Gürcüstan hökumətini islahatlar həyata keçirməyə, Aİ-nin xarici siyasətinə uyğunluğu artırmağa və anti-Qərb dezinformasiyası ilə mübarizəni gücləndirməyə çağırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün Assosiasiya Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Cozef Borel Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə müraciət edərək qeyd edib ki, xaricə ilk səfəri ilə Brüsselə gəlməsi onun Gürcüstanın Avropa yoluna ciddi münasibətindən xəbər verir.
“Biz strateji münasibətlərimizin yeni mərhələsinə qədəm qoyduq... Sizi çətin iş gözləyir. Namizəd ölkə olmaq yeni səylər tələb edir, eyni zamanda iqtidarın, müxalifətin, vətəndaş cəmiyyətinin, bütün partiyaların məsuliyyətini artırır. Hər bir gürcü islahatların həyata keçirilməsində iştirak etməlidir”, - deyən Cozef Borel Gürcüstana üç mesajının olduğunu qeyd edib:
“İlk növbədə, siz Avropa Komissiyasının tövsiyəsinin doqquz addımını yerinə yetirmək üçün islahatları, o cümlədən Assosiasiya Sazişində nəzərdə tutulan islahatların həyata keçirilməsini sürətləndirməlisiniz. Bunun üçün sizdə güclü vətəndaş cəmiyyəti var və qeyd etdiyim kimi hamının iştirak etməsi vacibdir. Bu, siyasi gərginliyi azaltmaq üçün qəti addımların atılmasını tələb edir.
İkincisi, Avropa İttifaqı ümumi dəyərlərə və prinsiplərə əsaslanan bir birlikdir. Çox mürəkkəb və təhlükəli geosiyasi kontekstdə yaşadığımız üçün bu təməl getdikcə əhəmiyyət kəsb edir. Aİ-yə üzvlüklə bağlı strateji seçiminizi alqışlayırıq. Biz qeyd edirik ki, xarici və təhlükəsizlik siyasəti qərarlarımıza uyğunluq artıb – bir qədər artıb, lakin yekun nəticədə artım var. Gələcək illərdə uyğunluğun əhəmiyyətli dərəcədə artacağını gözləyirik.
Biz həmçinin Gürcüstanda anti-Qərb dezinformasiyasının və ritorikasının yayılmasından narahatıq və sizi informasiya manipulyasiyası və xarici müdaxilə ilə mübarizədə səylərinizi ikiqat artırmağa çağırırıq. Biz buna qarşıdan gələn Aİ seçkilərində baxacağıq və bəlkə sizin seçkilərdə də baxdıq.
Və üçüncüsü, bu il Gürcüstanın demokratiyası üçün mühüm sınaq olacaq. Mən bunu sizin seçki prosesinizlə əlaqələndirirəm. Biz indiyədək aparılan seçki islahatlarını alqışlayırıq və azad, ədalətli və rəqabətli parlament seçkilərinin keçirilməsi ilə bağlı Venesiya Komissiyasının və DTİHB-nin bütün müvafiq tövsiyələrini nəzərə alaraq, növbəti seçkilərə qədər onları başa çatdırmağa çağırırıq”, - deyə Cozef Borel bildirib.
Avropa İttifaqının ali nümayəndəsinin sözlərinə görə, ötən ilin sentyabrında o, Gürcüstanda olarkən Tbilisi küçələrində hər yerdə Avropa İttifaqının bayraqlarına rast gəlib ki, bu da Gürcüstan vətəndaşlarının Avropa İttifaqına “güclü bağlılığını” göstərir.
“Siz bu ümidləri doğrultmaq üçün məsuliyyət daşıyırsınız və biz də sizinlə bu tarixi fürsətdən istifadə etmək və Gürcüstanın Avropa Birliyinə üzv olması, müstəqilliyinizi artırmaq üçün səylərimizi gücləndirmək - müstəqilliyinizə, suverenliyinizə və ərazi bütövlüyünüzə tam hörmətlə yanaşmaq kimi məsuliyyət daşıyırıq”, - Borel bildirib.
Fevralın 20-də Brüsseldə Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının 8-ci iclası keçirilib. İclasın sədri Cozef Borelolub. Gürcüstan nümayəndə heyətinə Baş nazir İrakli Kobaxidze, Avropa Komissiyasına isə Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhey rəhbərlik edib.