Avropa Komissiyası - Gürcüstana qeyd-şərtlə namizəd statusu verilsin

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa Komissiyası bəzi islahatların aparılması şərti ilə Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

“Komissiya hökümətin islahatların həyata keçirilməsində mühüm addımlar atacağı qeyd-şərti ilə Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edir. Bu, həqiqətən də Gürcüstan üçün təntənəli gündür. Biz status və ya tövsiyə verərkən tez-tez deyirik ki, hələ atılası bir neçə addım var. Bu, tövsiyələrdə ətraflı təsvir edilmişdir. Bu, həqiqətən də Gürcüstan üçün böyük addımdır və Gürcüstan əhalisinin əksəriyyətinin Avropa İttifaqına qoşulmaq üçün təsirli və olduqca aşkar mövqeyini vurğulayır", - Avropa Komissiyasının sədri bildirib.

Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı yekun qərar dekabrın 14-15-də keçiriləcək sammitdə qəbul edilməlidir.

“Bütün siyasi liderləri, iqtidarı, müxalifəti, parlamenti, prezidenti, vətəndaş cəmiyyətini, sizi, medianı ürəkdən təbrik edirəm, lakin,

hər şeydən öncə, mən Gürcüstan əhalisini, Gürcüstanın Avropa yolunu qəti və ardıcıl şəkildə dəstəkləyən insanları ürəkdən təbrik edirəm.

Bu, Avropa İttifaqının Gürcüstan əhalisinin Avropa gələcəyinə verdiyi güclü dəstəyin və son illərdə əldə olunan tərəqqinin böyük etirafıdır”, - deyə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

Qərarı Gürcüstan prezidenti də çərh edib.

“Mən, gürcü xalqı ilə birlikdə şadam və Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı Avropa Komissiyasının müsbət tövsiyəsini alqışlayıram. Prezident kimi mən hələ də lazım olan islahatları təşviq etmək və davam etdirmək üçün Avropayönlü lider rolunu həmişəkindən daha çox oynamağa davam edəcəyəm”, - Salome Zurabişvili sosial şəbəkədə yazıb.

  1. Aİ və onun dəyərləri haqqında dezinformasiyaya, xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizə;
  2. Gürcüstanın xarici siyasətinin Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğunun təkmilləşdirilməsi;
  3. Siyasi qütbləşməyə qarşı əlavə mübarizə - o cümlədən parlamentdəki müxalifət partiyaları ilə, xüsusən də Avropaya inteqrasiya ilə bağlı qanunvericilik üzərində daha inklüziv işləmək;
  4. Xüsusilə 2024-cü ildə azad, ədalətli və rəqabətli seçki prosesinin təmin edilməsi; ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun tövsiyələrinin tam yerinə yetirilməsi. Seçki islahatlarının başa çatdırılması, o cümlədən səsvermə günündən xeyli əvvəl seçicilərin adekvat təmsilçiliyinin təmin edilməsi;
  5. Parlament nəzarətinin, xüsusən də təhlükəsizlik xidmətlərinin təkmilləşdirilməsi. Əsas institutların - seçki administrasiyasının, Milli Bankın və Rabitə Tənzimləmə Komissiyasının institusional müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsi;
  6. Şəffaf və inklüziv proses vasitəsilə Venesiya Komissiyasının tövsiyələrini tam şəkildə yerinə yetirməklə, məhkəmə islahatlarının, o cümlədən Ali Ədliyyə Şurasının və Prokurorluğun hərtərəfli islahatının başa çatdırılması və həyata keçirilməsi;
  7. Korrupsiyaya Qarşı Mübarizə Bürosunun, Xüsusi İstintaq Xidmətinin və Fərdi Məlumatların Mühafizəsi Xidmətinin səmərəliliyinin və institusional müstəqilliyinin və qərəzsizliyinin təmin edilməsi. Venesiya Komissiyasının bu orqanlarla bağlı tövsiyələrini inklüziv proses vasitəsilə nəzərdən keçirmək. Korrupsiya və mütəşəkkil cinayətkarlıq hallarının səmərəli araşdırılmasında güclü təcrübənin toplanması;
  8. Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq, şəffaf və inklüziv proses nəticəsində de-oliqarxizasiyanın çoxsahəli, sistemli yanaşma ilə, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin iştirakı ilə həyata keçirilməsi üçün de-oliqarxizasiya üzrə mövcud fəaliyyət planının təkmilləşdirilməsi;
  9. İnsan hüquqlarının müdafiəsi standartlarının təkmilləşdirilməsi, o cümlədən iddialı insan hüquqları strategiyasının qəbul edilməsi və sərbəst toplaşma və ifadə azadlığının təmin edilməsi. Həssas qruplara, media mütəxəssislərinə və vətəndaş fəallarına qarşı təhdid hadisələri ilə bağlı qərəzsiz, effektiv və vaxtında araşdırmalara başlamaq və zorakılığın təşkilatçılarını və icraçılarını məsuliyyətə cəlb etmək. Vətəndaş cəmiyyəti ilə məsləhətləşmələrin aparılması, onların qanun və siyasətin formalaşmasında iştirakının təmin edilməsi və işləmək azadlığının təmin edilməsi.

Gürcüstan, Ukrayna və Moldova 2022-ci ilin martında Aİ-yə üzvlük üçün müraciət ediblər.

Ötən il Avropa İttifaqı Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu, Gürcüstana isə Avropa perspektivi verib və namizəd statusunun alınması üçün 12 bəndlik ilkin şərt təyin edib. Gürcüstanın müraciəti üzrə komissiyanın hazırladığı rəydə siyasi qütbləşməyə son qoyulması, məhkəmə-hüquq islahatlarının aparılması, deoliqarxizasiya, mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsi, media azadlığının təmin edilməsi və s. prioritetlər sırasında yer alıb.

Bu gün məlum olub ki, Avropa Komissiyası artıq Ukrayna və Moldovaya Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlamağı tövsiyə edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur