Bu, konstitusiyaya qarşı zorakılıqdır, İvanişvilinin çıxışı təxribat xarakteri daşıyır - prezident səfirlərə müraciət edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“İndi başlayan dövr çox həlledicidir, qanunun üçüncü oxunuşu olacaq və hesab edirəm ki, tarixlərin seçilməsi üsulu da bir qədər təxribat xarakterlidir. Bütün bunlar, təbii ki, birləşmə və qütbləşməninin aradan qaldırıldığı dövr olmalı olan, amma bunun əksi olan Pasxa dövründə baş verir”, - Gürcüstan prezidenti Salome Zurabişvili Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşdə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin 29 apreldə, “agentlər haqqında” rus qanununa dəstək aksiyasında etdiyi bəyanatları təxribat adlandırıb.

“Cənab İvanişvilinin çıxışı həm sizə, həm də gürcü xalqına qarşı olduqca təxribat xarakterli idi. Bu gün baş verənlərin, sabah və ya o biri gün baş verənlərin məsuliyyəti ölkə hakimiyyətinin, ölkə hökümətinin üzərinə düşür, çünki bu hadisələr zəncirini onlar törədiblər”.

Dövlət başçısı səfirlərdən öz ölkələrinə hakimiyyət tərəfindən şifahi hücumlara görə üzr istəyib və onlara bildirib ki, Gürcüstan vətəndaşları beynəlxalq tərəfdaşların köməyini yaxşı xatırlayır və yüksək qiymətləndirirlər: “Siz bu ölkənin hər cür inkişafına, dövlət qurumlarına, iqtisadi, mədəni infrastrukturuna, gürcü kimliyinin qorunmasına 30 ildən artıq, 33 ildir ki, dəstək verən ölkələrsiniz. Ölkələrinizin, qeyri-hökumət və ya özəl təşkilatlarınızın həyata keçirdiyi bütün proqramlar Gürcüstanın marağında idi”.

Salome Zurabişvili Gürcüstanın xarici siyasətinin istiqamətini və oriyentasiyasını açıq şəkildə ifadə edən konstitusiyaya qarşı təxribat və zorakılığın olduğunu da qeyd edib: “Bu gün Asiya İnkişaf Bankının konfransında aydın eşitmədiyim sözlər var. Gözlənilmədən elə görünür ki, Gürcüstanın başqa istiqaməti var. Belə ki, bu konstitusiya pozuntusudur.

Bu hadisələri doğuran o oldu ki, hökumət bütün ölkəni Avropa yolu ətrafında birləşdiyi, namizəd statusu aldığımız, futbol komandamızın Avropa çempionatına vəsiqə qazandığı bir anda, bu, təxribatçı “xarici agentlər” qanununu və digər qanunları yox yerdən yenidən gündəmə gətirdi.

Mən bu qanun layihələrinə bir-birinin ardınca veto qoyuram, çünki onlar ilin sonuna qədər (yaxud tezliklə) danışıqlara başlamağımız üçün həyata keçirməli olduğumuz tövsiyələrə ziddir. Beləliklə, bunu etmək [bu qanunu yenidən irəli sürmək] özlüyündə Aİ-yə qapının açıq olduğunu görməkdən xoşbəxt olan cəmiyyətə qarşı təxribat idi. Bu, cəmiyyətə qarşı zorakılıq idi. Ən yaxşı özünümüdafiə, təhlükəsizliyimizin ən yaxşı uzunmüddətli müdafiəsi və Rusiyanın istənilən imperialist cəhdlərinə qarşı müdafiə Avropa İttifaqı olduğunu görən cəmiyyətə”.

Prezident səfirlərə müraciət edərək bildirib ki, onların “Gürcüstan əhalisinə sabitliyi göstərmək, Gürcüstanın tək olmadığını və Avropaya inteqrasiya istiqamətində irəliləyişini davam etdirməkdə” mühüm rolu var.

“Mənim xahişim məhz odur ki, bu müddət ərzində, mayın sonuna qədər yüksək səviyyəli səfərlər həyata keçirilsin, ondan sonra bilirəm ki, avropalılar üçün başqa bir dövr – Avropa parlament seçkiləri başlayır”, - Zurabişvili bildirib.

Bidzina İvanişvili aprelin 29-da keçirilən görüşdə deyib ki, “engeolar”ın qeyri-şəffaf maliyyələşməsi hökumətin kənardan təyinatının əsas alətidir, bu vəsaitlərin yardımla heç bir əlaqəsi yoxdur və əksinə, yeganə məqsəd Gürcüstanın dövlət suverenliyini əlindən almaqdır. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur