“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili rus qanununun parlamentə qaytarılmasını dəstəkləyir. Bunu partiyanın icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze də təsdiqləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mdinaradzenin sözlərinə görə, hakim partiyanın fəxri sədri dünən axşam saatlarında “Gürcü Arzusu”nun ofisində keçirilən iclasda iştirak etməyib. Lakin qanunla bağlı onunla məsləhətləşmələr aparılıb.
"O, bu məsələdə bizimlə eyni fikirdədir. Bu, Siyasi Şura ilə razılaşdırılıb. Bu barədə danışıq srağagün başladı, çoxluğun ənənəvi sessiyasında və dünən davam etdi, çünki çoxluğun iclasında başqa məsələlər, o cümlədən LGBT təbliğatının qarşısının alınması, “yoxlama”, məhkəmə məsələləri var idi. Dünən biz bəyanatımızda öz əksini tapmış olan qərarı verdik. Möhtərəm sədr başda olmaqla, Siyasi Şuranın bütün üzvləri proseslərdən ətraflı məlumatlıdırlar və bu elanın patosunu bölüşürlər. Sözbəsöz, hamımız eyni fikirdəyik", - Mdinaradze bildirib.
Parlament çoxluğu “Xarici agentlər” olaraq adlanan qanununu parlamentin yaz sessiyası başa çatana qədər qəbul etmək niyyətindədir, bu qanun 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər nəticəsində qəbul edilməmişdi. Mdinaradzenin sözlərinə görə, qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” “xarici gücün maraqlarını həyata keçirən təşkilat” ifadəsi ilə əvəz olunacaq.
"Keçən il ifrat təxribatlar riski var idi ki, biz bunu, o cümlədən informasiya baxımından da sığortalayacağıq.
Bir şeyi etiraf etməliyik - Keçən il həqiqətən də tam ünsiyyət qura bilmədik, bir il ərzində şəxsən mənə səhvə düşdüyünü söyləyən bir çox insan görmüşəm. İnsanlara oxumadıqları qanuna etiraz etdiribsiniz, onlar qanunun nədən ibarət olduğunu bilmirdilər. Onlar sadəcə olaraq qəzəblənmişdilər, çünki bu qanun, guya rus qanunu idi", - Mdinaradze bugünkü brifinqdə jurnalistlərə bildirib.
Bütün il boyu partiya və hökumət rəhbərləri bu məsələnin bağlandığını iddia edərkən, niyə qanunun geri qaytarılmasına qərar verildi, sualına Mamuka Mdinaradze cavab verdi. Mdinaradzenin sözlərinə görə, donorların maliyyələşdirməsi “daha qeyri-şəffaf olub”.
"Biz “qanunu geri qaytarmayacağıq” sözlərini təkrar edirdik. Digər tərəfdən, donorlar tərəfdən, o cümlədən görüşlər zamanı maliyyə və maliyyələşmənin şəffaf olması şərti var idi. Bu vədin fonunda maliyyələşmə şəffaflaşmadı, daha da qeyri-şəffaf oldu, müxtəlif istiqamətlərdən ölkəyə daxil olan pullar daha da qara oldu".
Parlament müxalifətinin üzvlərinin qiymətləndirməsinə görə, “Gürcü arzusu” Gürcüstanın maraqlarına qarşı son mübarizəni elan edib. Deputatlar ötən il olduğu kimi vətəndaşları birləşməyə və “Gürcü Arzusu”nun rus qanununu qəbul etməsinə imkan verməməyə çağırır.