“Hər il həddindən artıq dozadan 30-40 ölüm halları olur. Yəqin mənimlə razılaşarsınız ki, bu, dünya səviyyəsində bir problemidir. Bizdəkindən on dəfə çox olan açıq statistikalar var. Avropa ölkələri də daxil olmaqla, ABŞ-ın müxtəlif ştatlarında on dəfə çox insan həyatını itirir, lakin, bu o demək deyil ki, onlar orada həyatlarını itirirlər deyə burada da belə olmalıdır. Biz bu problemi aradan qaldırmaq üçün əlimizdən gələni edirik”, - Daxili İşlər Naziri vəzifəsinə namizəd Vaxtanq Qomelauri deputatların narkotik maddələrin həddindən artıq dozası nəticəsində gənclərin ölümü və narkotik ticarəti ilə bağlı suallarını cavablandırarkən deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Nazirin məlumatına görə, 2023-cü ildə 284, 2022-ci ildə 202 isə nəfər narkotik vasitələrin dövriyyəsinə görə həbs edilib: “Bu qədər narkotik alverçisi Gürcüstanda heç vaxt, heç bir ildə həbs olunmayıb. Başa düşürəm ki, müxtəlif tədbirlər keçirilməlidir. Birgə daha mürəkkəb iş olacaq və təkcə DİN-də deyil. Eyni sual tranzitdə olan narkotiklərlə bağlı da verilib.
Biz tranzit ölkəyik və təəssüf ki, bu daxil olur. Biz gömrüklə birlikdə əlimizdən gələni edirik, lakin heç bir şəkildə 100% əhatə edə bilməyəcəyik”, - deyə nazir bildirib.
Bundan əvvəl deputat Ana Natsvilişvili Vaxtanq Qomelauridən Daxili İşlər Nazirliyinin ölkədə narkotiklərin sərbəst dövriyyəsi ilə bağlı nə edəcəyini soruşmuşdu.
“Mən bu məsələni təkcə ona görə qaldırmıram ki, bizdə ölüm halları olur, bu çox ciddi məsələdir. Hamıya məlumdur ki, narkobizneslə sadə vətəndaşlar məşğul olmur. Sistem onları qorumasa, bu cür narkotiklər ölkədə dövriyyə edə bilməz və indiki kimi ağır vəziyyətə gətirib çıxarmaz”, - Natsvlişvili bildirib.
“Son bir neçə gündə iki gənc qız dünyasını dəyişib. O cümlədən, ağır psixotrop dərmanlar və “klub narkotikləri”nin Gürcüstana daxil olması nəticəsində çox ciddi bir vəziyyət yaranıb”, - parlament üzvü Xatia Dekanoidze bildirib.
Daxili İşlər Nazirliyinin statistik məlumatlarına görə, 2023-cü ildə Gürcüstanda ümumilikdə 54 177 cinayət qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 0,5% azdır. Narkotik cinayətlərinin sayı artıb ki, bu da bütün cinayətlərin 12%-ni təşkil edib. Narkotik cinayətlərinin ümumi sayı 6594 olub ki, bu da 2022-ci illə müqayisədə 21% çoxdur.