Bu qanun gürcü xalqına lazımdır və onlar bu qanunu istəyir - Papuaşvili rus qanunu haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

"Bu gün Gürcüstan parlamentinin, yəni gürcü xalqının əlini burmağa çalışırlar. Gürcü xalqına bu qanun lazımdır, çünki onlar siyasətin formalaşmasında iştirak edənlər haqqında daha çox məlumatlı olmalıdırlar, onların hansı mənbələrdən maliyyələşdiyini, onların arxasında hansı mümkün maraqların dayandığını bilməlidirlər", - Gürcüstan parlamentinin sədri rus qanunu ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.

Şalva Papuaşvili deyib ki, Gürcüstanda hakimiyyətin mənbəyi hansısa diplomat, qeyri-hökumət təşkilatı və ya xarici siyasətçi deyil, gürcü xalqıdır.

Gürcü xalqı bu qanunu istəyir. Ona görə də faktiki olaraq bu gün gürcü xalqının ona görə əlini bururlar ki, gürcü xalqı onlara kimin təsir etdiyini və bundan xəbərsiz qərarlar qəbul etdiyini bilməsin", - Papuaşvili qeyd edib.

Parlamentdə “xarici agentlər haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi davam edir. Şalva Papuaşvili deyib ki, çıxışlar 1-2 saat davam edəcək, bundan sonra qanun layihəsi səsə qoyulacaq.

Aprelin 15-də və 16-da minlərlə insan parlamentin qarşısında rus qanununun qəbuluna etiraz edib. Xüsusi təyinatlı dəstə üzvləri dinc nümayiş iştirakçılarına qarşı bibər qazından istifadə edib, onlara fiziki təzyiq göstərib, media nümayəndələrini də döyüblər. Dünənki mitinqdə Lelo partiyasının baş katibi İrakli Kupradze də daxil olmaqla 11 nəfər həbs edilib. O deyir ki, həbs zamanı polis əməkdaşları ona zorakılıq göstəriblər.

Aprelin başlanğıcında “Gürcü Arzusu” bir il əvvəl irimiqyaslı ictimai etirazlar nəticəsində geri çəkdiyi və parlamentə heç bir şəkildə “qeyd-şərtsiz” geri gətirilməyəcəyi sözünü verdiyi “xarici agentlər haqqında” qanun layihəsini yenidən parlamentə çıxarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” ifadəsi ilə əvəz edilib. Hakim partiya Gürcüstanın Avrointeqrasiya prosesinə xələl gətirə bilsə də, yaz sessiyasının sonuna qədər qanuni hər üç oxunuşda qəbul etmək niyyətindədir. Prezident Salome Zurabişvili qanuna veto qoyacaq, lakin “Gürcü Arzusu” bunun öhdəsindən gələ bilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur