Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski “Xarici agentlər haqqında” qanun layihəsinin Avropa İttifaqına gedən yola mane olub-olmaması barədə suala cavab olaraq bildirib ki, bu qanun layihəsi Avropa norma və dəyərləri ilə ziddiyət təşkil edir və qəbul ediləcəyi təqdirdə Avropa Komissiyasının müsbət qiymətləndirmə etməsi çox çətin olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Diplomat qeyd edib ki, “Gürcü Arzusu” qanun layihəsini yenidən təqdim etdikdən sonra “cəmi 24 saat ərzində” Aİ-nin ali nümayəndəsinin sözçüsü Cozef Borel çox aydın bəyanat verib.
“Biz ciddi şəkildə narahatıq. Şəffaflıqla bağlı qanuni narahatlıqlar vətəndaş cəmiyyətinin məkanını məhdudlaşdırmaq və ləkələmək üçün bəhanə olmamalıdır. Söz azadlığı, media azadlığı bütün demokratik ölkələr, o cümlədən Avropa İttifaqına üzv olmağa namizəd ölkə olan Gürcüstan üçün mütləq şəkildə vacibdir.
Bu qanun, sadəcə olaraq yaxşı deyil. Bu, nə Avropa, nə də Amerika qanunudur. Mən şəffaflıqla bağlı narahatlığı başa düşürəm, lakin şəffaflığı təmin etməyin başqa yollarının da olduğunu başa düşürəm. Biz hamımız şəffaflığın tərəfdarıyıq, lakin bu, vətəndaş cəmiyyəti təşkilatlarının Gürcüstan əhalisinin rifahı üçün gördükləri çox yaxşı, çox vacib və zəruri işlərin məhdudlaşdırılması hesabına edilməməlidir”, - Aİ səfiri bildirib.
Pavel Herçinski qeyd edib ki, qanun layihəsi barədə yenə müzakirələr olmalı və bu bir neçə həftə və ya ay ərzində davam etməlidir. O, vətəndaş cəmiyyəti təşkilatlarını marginallaşdırmadan, kənara atmadan və ləkələmədən şəffaflığın təmin edilməsi üçün bir yol tapılacağına ümid etdiyini bildirib.
Dünən ABŞ-ın Gürcüstandakı səfiri Robin Daniqan da qanun layihəsini şərh edib. Onun sözlərinə görə, bu, ABŞ Xarici Agentlik Qeydiyyatı Aktından (FARA) çox fərqlidir.
“Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib.
“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze onun təşəbbüskarı olduğu qanun layihəsinin Rusiyada qüvvədə olan “xarici agentlər” haqqında qanunla müqayisəsini “əsrin qalmaqalı” və “təsəvvürə gəlməz saxtakarlıq” adlandırır. Mdinaradze və onun komanda yoldaşları iddia edirlər ki, oxşar qanun ABŞ və Avropa ölkələrində də qüvvədədir və “böyük ölkələrin analoji və oxşar qanunları varsa, Gürcüstanın da onu qəbul etmək hüququ olmalıdır.
Hakim partiya Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirə bilmə ehtimalı olsa da, rus qanununu yaz sessiyasının sonuna qədər qəbul etmək niyyətindədir.