Bu qanunla Avropa İttifaqına yol yoxdur - Qabrielius Landsberqis

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Mən inana bilmirəm ki, bizim kimi ölkələr - Estoniya, Litva, Latviya, əgər bizim Gürcüstanda indi müzakirə olunan qanun kimi qanunlarımız olsa idi Avropa İttifaqına üzv ola bilərdi. Bizim mesajımız çox aydındır: bu qanunla Avropa İttifaqına gedən yol nəinki daha çətin olur, hətta heç bir yol mövcud olmur və bu sözləri söyləmək məni incidir, lakin bunu söyləmək lazımdır”, - deyə Gürcüstanda səfərdə olan Litvanın Xarici İşlər Nazir Qabrielius Landsberqis bildirib.

 “Biz bura insanların dəstəyinə dair çox aydın mesajla gəldik.

Avropa İttifaqının bir hissəsi olmaq istəyən Gürcüstan əhalisinin 86%-i başa düşməlidir ki, Avropa İttifaqı onların yanındadır.

Bu birinci mesaj idi.

İkincisi hökumətədir. Hələ də qəbul olunmaqda olan, üçüncü oxunuşdan keçsə də, hazırda prezidentin vetosunu gözləyən qanunun belə bir formada təqdim olunsa da, şəffaflıqla əlaqəsi olmasına aldanmırıq.

Ölkəmizdəki həmkarlarımıza həmişə aydındır ki, niyə bu qədər vətəndaş cəmiyyətinin nümayəndələri bunu “rus qanunu” adlandırırlar, lakin bu gün biz dəqiq bilirik ki,

Bu qanun hökumətin siyasətinə qarşı çıxan vətəndaş institutlarına, qeyri-hökumət təşkilatlarına qarşıdır. Bu qanun bu qurumları susdurmaq üçün istifadə edilə bilər və Avropa İttifaqının dayandığı demokratiyanın ən əsas, fundamental prinsiplərinə ziddir.

Bu qanunla Aİ-yə gedən yol nəinki sadəcə daha çətin olur, hətta heç bir yol mövcud olmur və bu sözləri söyləmək məni incidir, lakin bunları söyləmək lazımdır.

Ümid edirəm ki, hökumət mesajı aldı. Onların hələ də prezidentin vetosundan sonra 2023-cü ildə olduğu kimi bu qanunu sadəcə olaraq geri götürmək şansı var. Sonra onlar bizim nümayəndələrimizlə birlikdə Avropa İttifaqının institutları ilə otursunlar və biz Gürcüstanın Avro-Atlantik yolda irəliləməsi üçün işləməyə hazırıq”, - Landsberqis bildirib.

Jurnalistin sualına - qanunda elə dəyişikliklər etmək olarmı ki, nəhayət, həmin formada bütün tərəflər üçün məqbul olsun:

“Düşünürəm ki, bu qanunun nə üçün lazım olduğu barədə danışmaq vacibdir - əgər sənin əleyhinə səs çıxaran qeyri-hökumət təşkilatlarına qarşı yönəlmiş qanunun olmasını planlaşdırırsınızsa və onların dedikləri sənin xoşuna gəlmirsə, onu elə dəyişə bilərsiniz ki, əsas məqsədə yenə də nail olunar, bu zaman o qeyri-demokratik qanun olur. Mən ilk mətbuat konfransında da dedim ki, əvvəldən təməlindən korlanmış belə bir düzəliş, prinsip yanlış olduğu müddətcə mümkün deyil.

Bizim ölkələrdə sənin əleyhinə səs çıxaranlara qarşı qanunlarımız yoxdur.

Bir tərəf demokratik Gürcüstan, digər tərəf isə başqa şey istədikdə konsensus əldə etmək mümkün deyil. Kompromis əldə etmək mümkün deyil. Ona görə də deyirik ki,

əgər Gürcüstan Avropa yolunda qalmaq istəyirsə, onun bir ayağı Moskvada ola bilməz. Bu belə işləmir”, - Qabrielius Landsberqis bildirir.

Litva, Estoniya, İslandiya və Latviyanın xarici işlər nazirləri Gürcüstandadırlar. Onlar parlamentin sədri, baş nazir, prezident, müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüblər. Günün sonunda onlar Rustaveli prospektində, “xarici agentlər” haqqında rus qanununa qarşı nümayişə qoşularaq etirazçılara müraciət ediblər.

“Mən gürcü xalqı üçün Avropanın gələcəyinin təmin olunduğu bir gələcək istəyirəm. Biz bu yola birlikdə başlamışıq və xalqlarımız Moskvanın təzyiqi altında olmağın nə demək olduğunu bilirlər. Biz sizi heç vaxt tərk etməyəcəyik, lakin hamımız öz xalqlarımızın taleyini formalaşdırmalıyıq”, - Landsberqis deyib və gürcü dilində nümayişçilərə müraciət edib: hara gedirik? Onlar cavab veriblər: Avropaya.

“Gürcü Arzusu” rus qanununu mayın 14-də üçüncü və son oxunuşda 30 əleyhinə 84 lehinə səslə qəbul edib. Prezident Salome Zurabişvili rus qanununa veto qoyacağını bildirib. Prezidentin bunun üçün mayın 28-dək iki həftə vaxtı var. “Gürcü Arzusu” prezidentin vetosunu aşa bilər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur