“Gürcü Arzusu”nun deputatı Beka Odişariya parlamentdəki müxalifətçi qadın deputatları şifahi təhqir edib. Odişaria gender kvotalarının ləğvi məsələsinin müzakirə edildiyi vaxt, “Lelo” üzvü Ana Natsvlişvili tribunada danışarkən “Bu, s****məyən qadınların sindromudur” deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Natsvilişvili “Gürcü Arzusu”nu ikiüzlülükdə ittiham edib. O, bildirib ki, bir neçə il əvvəl məhz hakim partiyanın deputatları kvotanı dəstəkləyib və qanun layihəsi “böyük səs-küylə” qəbul edilib.
“Qadınlara, qadın deputatlara və ümumilikdə qadınlara qarşı xüsusi hücum məni təəccübləndirmir. Siz ki, əsas təbliğatçıları və apoloqları sübut edilmiş cinsi sıxışdırmada ifşa olunan partiyasınız. Siz bu insanların kölgəsində qalmısınız. Siz bu ölkədə qadın qətlinə son qoymaq üçün heç bir real addım atmayan partiyasınız. Siz ki, insanların necə batdığını, xüsusən də narkotik epidemiyasında necə tələf olduğunun fərqinə varmayan insanlarsınız. Biz hamımız yaxşı bilirik ki, narkotik cinayətkarlarının həmişə yuxarıdan himayədarı olur”, - Ana Natsvlişvili bildirib.
“Vahid Milli Hərəkat”ın üzvü Tina Bokuçavanın fikrincə, çoxluğun üzvləri Beka Odişarianın mandatını ləğv etməli idilər, “lakin özləri də qadınlarla mübarizə apardıqlarına görə bunun baş verməyəcəyini çox yaxşı bilirik”.
Parlament birinci oxunuşda Seçki Məcəlləsinə partiyaların seçki siyahısı tərtib edilərkən gender kvotasının ləğvini nəzərdə tutan dəyişikliyə baxıb və 15 əleyhinə 82 lehinə səslə onu dəstəkləyib.
2020-ci ildə hakim partiyanın dəstəyi ilə seçki məcəlləsinə dəyişiklik edilib ki, obu maddəyə əsasən, partiyalar 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri və 2028-ci ilə qədər keçiriləcək növbəti parlament seçkiləri üçün partiya siyahısını elə tərtib etməlidirlər ki, hər dörd siyahının birində ən azı bir qadın olmalıdır. “Gürcü arzusu”nun təşəbbüsü ilə 2023-cü ilin fevralında gender kvotası qaydası 2032-ci ilə qədər uzadılıb. Gender kvotaları bələdiyyə şuralarına da şamil edilir. O cümlədən, 2032-ci ilə qədər bələdiyyə orqanlarına keçiriləcək ümumi seçkilərdə partiya siyahısında olan üç namizəddən ən azı biri qadın olmalıdır.