Bundestaqın üzvü: “Gürcü Arzusu” vətəndaşların istək və ümidlərindən tamamilə qopub 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanda olan Almaniyanın Azad Demokratiya Partiyasından Bundestaqın üzvü Tomas Haker rus qanununa qarşı keçirilən minlərlə insanın itirak etdiyi aksiyanı şərh edib və bildirib ki, parlament qanunu qəbul edərsə, Avropa İttifaqı ölkənin namizəd statusunun ləğv edilə bilməsi ilə birgə bu qanunun memarlarına qarşı şəxsi sanksiyaları da nəzərdən keçirməlidir.

Alman deputat qeyd edir ki, “Gürcü Arzusu”na hələ ki, “Xarici Təsirin Şəffaflığı Haqqında qanun”a qarşı keçirilən etiraz aksiyaları təsir etməyib və heç bir güzəşt əlaməti göstərmir. Bununla belə, o deyir ki, praktikada hakim partiyanın qanunu tənqidi QHT-ləri və fəal vətəndaş cəmiyyətini susdurmaq məqsədi daşıyır.

“Hakim partiyanın Gürcüstan vətəndaşlarının istək və ümidlərindən tamamilə qopduğu görünür. O, ölkənin Avropa gələcəyini boykot etdiyini elan edir. Parlament qanun qəbul etməyi dayandırmalıdır. Əks halda, Aİ qanunun memarlarına qarşı şəxsi sanksiyaları nəzərdən keçirməli və Gürcüstanın namizəd statusunu ləğv etmək barədə ciddi düşünməlidir.

Hər gün hakimiyyətə və Rusiyanın qoyduğu qanunlara qarşı cəsarətlə etiraz edən gürcü xalqı bizim hörmət və ehtiramımıza layiqdir. Dünən mən dinc nümayişi izləyə bildim və başa düşdüm ki, bu günlərdə Avropanın ürəyi Tbilisidə döyünür”, Tomas Haker deyir.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 17-də parlamentin 83 üzvü birinci oxunuşda rus qanununu dəstəkləyib, bu gün, aprelin 29-da isə qanuna ikinci oxunuşda Hüquq Məsələləri Komitəsində baxılır.

ABŞ Dövlət Departamenti “Gürcü Arzusu”nun qanununu “Kremldən ilhamlanmış” adlandırıb və hakimiyyəti onu qəbul etməməyə çağırıb. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə də oxşar qeyd var. 425 Avropa deputatı Rusiyanın “xarici agentlər” qanunundan ilhamlanan, vətəndaş cəmiyyəti təşkilatlarını və fəalları qəsdən damğalayan və gözdən salan Gürcüstan hökumətinin ölkədə qalan tənqidi səsləri susdurmaq üçün istifadə edilməsini pisləyir. Avropa Parlamenti qanunu qəti şəkildə pisləyir və qeyd edir ki, bu, Avropa İttifaqının dəyərlərinə, demokratik prinsiplərə uyğun gəlmir və Gürcüstanın Avropa İttifaqına daxil olmaq ambisiyalarına ziddir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur