“Buraya ki, gəlmisiniz, kiminsə yaydığı şaiyələrə görə, maraqlanıram, o adamlar ki, mənim haqqımda özlərindən uydurduğu şaiyələri yayır, 2007-ci ildə harada idilər, Mişanın zamanının faciələri baş verəndə harada idilər, biz küçələrdə dayananda harada idilər? Mən sizə bu gün mesaj qutularını yayanların harada olduğunu deyim – onlar ya Mişanın qərargahındaydılar, ya da yaxşı mövqelər tutmuşdular. Yaxud “Kartu”da idilər. Bu gün mesaj qutuları yayanlar, sanki mənim nə edəcəyimi bilirlər; sanki niyə edəcəyimi bilirlər; Mən sizə bir şey daha demək istəyirəm: Çinçaladzeni, Murusidzeni kim bağışladı, mən bağışladım? Olmaya heç kimin çıxara bilməyəcəyi yerlərə təyin etdim? Bu əfv deyilmi? Haradasınız? Nə vaxt etiraz etdiniz? Harada idiniz?”,- Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayının yaxınlığında toplaşmış Mixail Saakaşvilini əfv etməməyə çağıran vətəndaşlara belə müraciət edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Aksiya təşkilatçıları Saakaşvilinin prezidentliyi dövründə 2004-cü ildə xüsusi əməliyyat zamanı öldürülən Buta Robakidzenin anası İa Metreveli və 2008-ci ildə öldürülən Giorgi Qamtsemlidzenin atası Cambul Qamtsemlidze olub. Nəzarət Palatasının keçmiş sədri Sulxan Molaşvilinin qardaşı Tornike Molaşvili aksiya iştirakçıları arasında olub və bildirib ki, Mixail Saakaşvili əfv edilərsə, nəinki “aksiyalar aksiyalar üzərində olacaq”, “həm də Gürcüstan ciddi problemlərlə üzləşəcək”. “Xanım prezident, xahiş edirəm, tale səhvinə yol verməyin”, - o, Salome Zurabişviliyə müraciət edib. Aksiyada “Gürcüstan Dəmir Yolları”nın sərnişindaşıma direktoru Daçi Tsaquriya, 1994-2003-cü illərdə Kvemo Kartlidə prezidentin keçmiş etibarlı adamı Levan Mamaladze, parlamentin keçmiş üzvü Xatuna Xoferiya və Penitensiar Xidmətin keçmiş əməkdaşı Lali Moroşinka da iştirak ediblər.
Daha sonra Salome Zurabişvili növbədənkənar brifinq keçirib və deyib ki, bu aksiya və bu günlərdə yayılan mesaj qutuları 2007-ci ildə liderləri heç yerdə olmayan bir partiyanın adamları tərəfindən prezidentə təzyiq göstərmək üçün yayılır.
“Bu gün məni karyeramla və ya müxtəlif yollarla hədələyən və məni hədələyə biləcəklərinə inanan bu adamlar o vaxt heç yerdə yox idilər və indi mənə əxlaq dərsi keçirlər və bu gün artıq yıxılan Saakaşviliyə qarşı necə mübarizə aparmağı öyrədirlər.
Çox aydındır ki, burada müxtəlif qüvvələr arasında bir növ müştərək oyun var ki, bunlar guya bir-biriləri ilə qarşıdurmadadırlar.
Ancaq real olaraq, Mursuladze və Çinçaladzeni kim əfv etdi, mən? Nə vaxt? Bilmirəm, cavab verin mənə! Buni o qüvvə etdi, hansı ki, indi mənə ağıl öyrədir. Onu sadəcə əfv etmədi onu elə yerlərə qoydu ki, heç kəs onu oradan çıxara bilməz, haradan ki, Avropaya gedən yolumuzu çox təsirli şəkildə bağlayırlar.
Kimə yarayır bu? Niyə soruşmuruq bunu?! Mənim üstümə aksiyaya gələnə qədər, hələ bu iki qüvvə arasında razılaşma nədir? Birinci növbədə, Mişanın gəlişi. Bəziləri onu təhrik edəndə nə deyirdilər – buyurun gəlin inqilab olacaq, sizin üçün insanlar küçələrə çıxacaq və mütləq gəlməlisiniz.
Ya da digərləri, ikinci tərəfdən gürcü xasiyyəti oyunu ilə təhrik edirdilər: aba kişi oğlusansa, gəl, ləçər ki, deyilsən, gəl. Hər ikisi üçün Mişanın gəlişi yarayırdı onlara və bunun səbəbini görə bilərik. Çünki biz bir ildir və ondan əvvəl də bununla yaşayırıq. Bir ildən sonra biz tamamilə Mişanın ətrafında, mübahisələrdə, münaqişələrdə, davalarda ilişib qalmışıq, başqa mövzu yoxdur, başqa mövzu qaldırmaq mümkün deyil, ölkə bu məsələnin ətrafında batır və bu, o hər iki tərəfə də yarayır. Bir tərəf yəqin ona görə ki, bu gün başqa planlarını görə bilmir, çünki cəmiyyətin öz hakimiyyətinə ünvanlayacağı o suallara bununla verəcəyi cavabı yoxdur və bilmirəm, mənim burada nə əlaqəm var, ancaq qəbul edilməzdir bu. Ya məni tanımırlar, ola ki, tanımırlar, bilmirəm, bu qədər ildir məni tanımayıblar, amma bu gün baş verən təzyiqlər, quruma qarşı olan bu zorakılıq qəbuledilməzdir, artıq qadına və prezidentə qarşı olan zoraklığı demirəm heç. Bilmirəm hardadır qeyri-hökumət təşkilatları, sataşma, birbaşa şantaj, hədə-qorxu, alçaldılma ilə bağlı nəsə desinlər. Bax burada, mənim qapımın önündə, “rus kəndi”, və bu nə deməkdir? Heç bir ölkədə prezident sarayının qarşısında belə kənd keçirilməzdi, xüsusən də bu gərgin dövrdə, amma bu barədə müxtəlif fikirlər, müxtəlif zövqlər var.
Sonra məni hansısa karyera ilə hədələyirlər, belə çıxır ki, mən bu karyera ilə vidalaşacam, belə çıxır ki, mən başqa karyera istəyirəm, mənim neçə yaşım olduğunu unudurlar, amma məni kim tanısa, bu ölkədə onu da biləcək ki, karyeramı çoxdan orada qoymuşam ki, məni ancaq və ancaq bu ölkə maraqlandırır, nədənsə hamının mübarizə apardığı, cəmiyyətimizin bunu istədiyini heç kim görmür məni bu ölkənin Avropa gələcəyi maraqlandırır və bizim cəmiyyətimiz nə olur olsun, bunu alacaq – mən buradayam, buradasınız və hər kəsin təzyiqinə və müxtəlif yollarla şantaj cəhdlərinə baxmayaraq, biz bu yolda gedəcəyik”, - bildirib Zurabişvili.
Saakaşvili ilə bağlı nə edəcəyini soruşduqda Salome Zurabişvili bildirib ki, əsas suala cavab verilən zaman cavab veriləcək.
“Xeyr və heç vaxt”, - prezidentin bir il əvvəl Saakaşvilinin əfv olunması ilə bağlı verdiyi cavab belə idi. Mütəxəssislərin fikrincə, Mixail Saakaşvilinin səhhəti ağırdır və koma və ölüm gözlənilir. Noyabrın 21-də “BBC”nin “HARDtalk” proqramında Zurabişvili bildirib ki, o, Gürcüstanın keçmiş prezidentinin həbsdə ölməsini və ya bərpa edilməyən zərərə məruz qalmasını istəmir.
Prezident Mixail Saakaşvilini əfv etməyə 14 dekabr tarixində qəbul etdiyi qətnamə ilə Avropa Parlamenti də çağırış edib. Ukrayna prezidenti də həmçinin Gürcüstan hakimiyyətinə müraciət edərək deyib ki, Mixail Saakaşvilini Ukrayna, Avropa və ya Amerikadakı klinikaya köçürsünlər.