Cəmiyyəti psevdoliberal ideologiyadan qoruyacaq qanun layihəsi hazırlanacaq - Mdinaradze

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu” Gürcüstan parlamentində “cəmiyyəti psevdoliberal ideologiyadan və onun qaçılmaz zərərli nəticələrindən qoruyacaq” qanun layihəsini irəli sürmək və qəbul etmək niyyətindədir. Bu məsələ ilə bağlı hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bugünkü brifinqdə danışıb.

Mdinaradzenin sözlərinə görə, gürcü cəmiyyəti psevdoliberal təbliğata tolerant yanaşmayacaq.

“Biz psevdoliberal ideologiyanın dünya miqyasında yayılmasının ciddi tendensiyalarını görürük. Bu təbliğat getdikcə daha kobud formalar alır. Ən əsası, təbliğatın ağır nəticələri var. Beynəlxalq araşdırmalar təsdiq edir ki, psevdoliberal ideologiyanın xüsusilə fəal şəkildə yayıldığı bir sıra ölkələrdə 18-25 yaşlı gənclər arasında qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların sayı artıq 20%-ə yaxındır, hətta bəzi yerlərdə daha çox. Narahatedici olan odur ki, 7 ildə bu göstərici 3 dəfə artıb və artım məhz bu istiqamətdə bu təbliğatın xüsusilə aktivləşdiyi dövrə təsadüf edir.

2017-ci ildə biz eynicinsli nikahların leqallaşdırılmasını məhdudlaşdırdıq və birbaşa Gürcüstan Konstitusiyasına yazdıq ki, nikah ailə yaratmaq məqsədi ilə qadınla kişinin birliyidir. Buna baxmayaraq, bizdən “Mülki tərəfdaşlığ”ın qanuniləşdirilməyi istənildikdə müəyyən reallıqla qarşılaşa bilərik. Bizdə artıq belə bir hal olmuşdu ki, əcnəbilər tərəfindən “kişi-qadın və gender bərabərliyi” terminologiyasının tətbiqi tələbi yarandı və biz onu rədd etmək üçün kifayət qədər ciddi mübarizə aparmalı olduq (bunu qanunda qeyd etmək qadın və kişidən başqa, digər cinsləri də tanımalı olduğumuz mənasına gəlirdi). Bu gün dünyada psevdoliberallar ana və ata, arvad və ər və s. kimi terminlərə qarşı kampaniya aparırlar.  Valideyn 1 və valideyn 2 və s. kimi “neytral gender” termininin tətbiqini tələb edirlər. Bunun məntiqi davamı, məsələn, pasportdan cinsiyyət qeydinin silinməsi olacaq. Hər il Gürcüstanda keçirilməyə çalışılan “prayd”, sosioloji tədqiqatlarla təsdiqlənir ki, Gürcüstan əhalisinin 90%-dən çoxu bunu tamamilə haqlı olaraq təbliğat kimi qəbul edir və onun keçirilməsinin əleyhinədir. Üstəlik, bu cür aqressiv təbliğat, əksinə, müxtəlif cinsi oriyentasiyalı insanların hüquqlarının qorunmasına mənfi təsir göstərir.

Uşaqların öz cinsini seçmələri ilə bağlı təbliğat aparır. Bir sıra ölkələrdə cinsiyyətin dəyişdirilməsi əməliyyatları və uşaqlar üçün müvafiq tibbi manipulyasiyalar qanuniləşdirilib. Bu ideologiyanın yayılması üçün iri şirkətlər, media qurumları, kino sənayesi və s. aktiv şəkildə istifadə olunur. O cümlədən, Gürcüstanda da bunun nümunələri var idi, xatırlayırsınız, cizgi filmlərində, televiziya seriallarında, yaxud başqa istiqamətlərdə. Bu təbliğatın insan hüquqlarının müdafiəsi ilə heç bir əlaqəsi yoxdur. Onun məqsədi qeyri-ənənəvi həyat tərzini təbliğ etməkdir. Psevdoliberal ideologiya cəmiyyət üçün ciddi təhlükə yaradır ki, bunu beynəlxalq araşdırmalar da təsdiqləyir.

Beləliklə, parlament çoxluğu hesab edir ki, biz bu təbliğata fəal qarşı çıxmalı və bunun üçün qanunvericilik mexanizmlərindən istifadə etməliyik. Ona görə də biz cəmiyyəti psevdoliberal ideologiyadan və onun qaçılmaz zərərli nəticələrindən qoruyacaq qanunvericilik təşəbbüsü hazırlamaq qərarına gəldik”, - deyə Mdinaradze bildirib.

“Gürcü Arzusu” yaxın iki həftə ərzində qanun layihəsini hazırlayıb parlamentdə irəli sürəcək.

“Hər bir vətəndaşımızın hüquqları həyat tərzindən asılı olmayaraq çox prinsipial əsaslarla qorunmalıdır və qorunacaqdır, lakin qeyri-ənənəvi həyat tərzinin qəsdən təbliğatı Gürcüstan cəmiyyəti və onun gələcəyinin qarşısında duran vəzifədir”, - deyə Mamuka Mdinaradze bildirib və “bu dəyərlərə görə məsuliyyət hiss edən hər kəsi” prosesdə fəal iştirak etməyə və təşəbbüsü dəstəkləməyə çağırıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur