Cənubi Osetiyanın de-fakto prezidenti Qaqloyev Putinlə görüşərək onu Tsxinvaliyə dəvət edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Cənubi Osetiya de-fakto respublikasının prezidenti Alan Qaqloyev Kremldə Vladimir Putinlə görüşüb və Rusiya tərəfindən Cənubi Osetiyanın qondarma müstəqilliyinin elan edilməsinin 15-ci ildönümü ilə əlaqədar onu Tsxinvaliyə dəvət ediblər.

“Cənubi Osetiya xalqı adından şəxsən öz minnətdarlığımı bildirmək fürsətini mənə verdiyiniz üçün təşəkkür edirəm. Xatırlayırıq ki, respublikanın ən çətin anlarında Rusiya Federasiyası həmişə bizim yanımızda olub, bu günə qədər bizə dəstək olub və bizə əvəzsiz yardımlar göstərir. Biz 2008-ci ilin avqustunu xatırlayırıq, o zaman Cənubi Osetiya əhalisi demək olar ki, tamamilə məhv olmaq təhlükəsi ilə üzləşdi, lakin düzgün və vaxtında qəbul edilmiş qərarlar sayəsində təcavüzkarın qarşısı alındı”, - Qaqloyev iclasda bildirib.

De-fakto prezidentin sözlərinə görə, qondarma Cənubi Osetiya vətəndaşları da öz fəaliyyətləri ilə Rusiyaya minnətdarlıqlarını bildirirlər ki, buna misal olaraq Rusiyanın Ukraynada başlatdığı müharibədə osetin hərbçilərinin iştirakını göstərmək olar.

“Xüsusi hərbi əməliyyatda osetin döyüşçüləri rus qardaşları ilə birgə ortaq tariximizi, dəyərlərimizi, inanclarımızı qoruyurlar. Bununla belə, qeyd etmək lazımdır ki, hamı ora qələbə inamı ilə gedir, çünki onlar həqiqət və tarixi ədalət uğrunda mübarizə apardıqlarını başa düşürlər”, - deyə Qaqloyev bildirib.

O, Rusiya ilə iqtisadi əlaqələrin inkişafından da söz açıb və qeyd edib ki, ötən il Rusiya ilə de-fakto respublika arasında yük dövriyyəsi 12% artıb.

Qaqloyev Putinə qondarma Cənubi Osetiyanın qazlaşdırılması layihəsini dəstəklədiyinə görə xususilə təşəkkür edib.

Bu gün işğal altında olan Tsxinvali bölgəsində təbii qaz yalnız Tsxinvali şəhərinə və ən yaxın yaşayış məntəqələrinə verilir.

“Bu, iqtisadiyyatımızın inkişafı üçün əsl sıçrayış olacaq: biz kənd əhalisinin xaricə axınını dayandıra, kəndlərimizi qoruyub saxlaya və aqrar sektorun inkişafına tamamilə yeni təkan verə biləcəyik. Bu, respublika ərazisinə investorların cəlb edilməsinə böyük kömək olacaq. Vladimir Vladimiroviç, Cənubi Osetiya xalqı bunu heç vaxt unutmayacaq”, - Alan Qaqloyev bildirib.

Qaqloyevlə Putin arasında ilk görüş fevralda baş tutmalı idi, lakin de-fakto prezidentin koronavirus infeksiyasına yoluxduğunun təsdiqlənməsi səbəbindən təxirə salınmışdı.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur