“Qirçi - Daha Çox Azadlıq” və “Droa” partiyasının üzvləri bu gün Xarici İşlər Nazirliyinə emiqrantların rəsmi müraciətlərini çatdırıblar. 2024-cü il parlament seçkiləri öncəsi xaricdə yaşayan vətəndaşlar yaşadıqları şəhərlərdə seçki məntəqələrinin açılmasını tələb edirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Tələb edirəm ki, Gürcüstanın 50-dən çox vətəndaşının konsulluq qeydiyyatında olduğu və seçki məntəqəsinin açılması üçün müraciət etdiyi həmin şəhərlərdə müvəqqəti olaraq diplomatik nümayəndəliyin açılacağını, sonra isə MSK-ya nümayəndəlik açmaq imkanı veriləcəyini rəsmi təsdiqləsinlər”, - Zurab Caparidze bildirib.
Onun sözlərinə görə, 65-dən çox şəhərdə seçki məntəqələrinin açılması tələbi ilə imzalar toplanır. Bunlardan 15-ə yaxın şəhər artıq seçki məntəqəsinin açılması üçün Xarici İşlər Nazirliyinə müraciət göndərsələr də, onların tələbi hələ də cavabsız qalıb.
“Əgər bizə yenə də cavab verməsələr, “Oçneba”ya aydın olsun ki, bizdən bütün sənədlər müşahidə missiyalarına çatdırılacaq. Onda ayağa durub, onlara seçkilərin nə qədər ədalətli olduğunu sübut etsinlər”, - Caparidze qeyd edib.
Müxalifətçilər izah edirlər ki, Mərkəzi Seçki Komissiyası seçki məntəqələrini Gürcüstan vətəndaşlarının yaşayış yerinə görə deyil, yalnız diplomatik nümayəndəliklərin yerləşdiyi şəhərlərdə açır.
“Konsulluq qeydiyyatı sistemi qüsurludur və insanlar yaşayış yerinə görə qeydiyyata alınmır. Bu, çox ciddi maneə yaradır. Normal şəraitdə seçki keçirməkdən qorxan “Gürcü Arzusu” bu maneə vasitəsilə emiqrantların səs verməsinin qarşısını almağa çalışır. Beynəlxalq tərəfdaşlar Xarici İşlər Nazirliyinin nə işlə məşğul olduğunu və Mərkəzi Seçki Komissiyasının emmiqrantların seçki proseslərində iştirakına necə mane olduğunu biləcəklər”, - “Droa”nın üzvü Qiqa Lemonjava bildirib.
Bu gün müxalifətdən olan deputatlar xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşviliyə xaricdə seçki məntəqələrinin açılması ilə bağlı sual veriblər. Darçiaşvili nazirliyin qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərdiyini və bu mövzuda “siyasi spekulyasiyaların” onun üçün anlaşılmaz olduğunu bildirib.
“Hesab edirəm ki, bu, opponentlərimiz tərəfindən siyasi spekulyasiyadır. Məntəqələr qanunla müəyyən edilmiş qaydada, əvvəllər olduğu kimi, Mərkəzi Seçki Komissiyası ilə razılaşdırılmaqla, qanunla müəyyən edilmiş müddətdə açılacaqdır.
Əsas odur ki, səs vermək istəyən vətəndaşların konsulluq qeydiyyatı proseduru var. Biz, hər bir diplomat mümkün qədər və intensiv çalışacağıq ki, seçkilərdə iştirak etmək istəyən vətəndaşlarımız qeydiyyatdan keçsinlər və konstitusiyanın onlara verdiyi hüquqdan istifadə etsinlər”, - deyə Darçiaşvili bildirib.
“Droa” və “Qirçi – Daha Çox Azadlıq” partiyaları dekabr ayından “Şəhərinizdə seçki qutusu” kampaniyasına başlayıb və xaricdə seçki məntəqələrinin açılması tələbi ilə imza toplayır.
MSK bildirir ki, seçki qanunvericiliyində belə prosedur nəzərdə tutulmadığından imzaların toplanması hüquqi nəticə verməyəcək.
Seçki Məcəlləsinin 23-cü maddəsinə əsasən, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatları əsasında digər ölkələrdə səsvermə gününə ən geci 30 gün qalmış 50 nəfərdən az olmayan və 3000 nəfərdən çox olmayan seçicilər üçün seçki məntəqələrini MSK yaradır.