Axalkalaki bələdiyyəsinin Aqana kəndində, 19-cu əsr erməni icmasının kilsəsində 984-cü ilə aid daş tapılıb, onun üzərində qədim dövr gürcücəsində (ასომთავრული) yazılmış yazı oxunur. Burada III Baqrat Kurapalat və Vəftizçi İoanenin adı çəkilir. X əsrə aid daş kilsənin şərq hissəsində, qurbangahın minbərinin qarşısında yerləşdirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Tədqiqat Mərkəzi”nin apardığı ekspedisiyanın üzvü Levan Tsikarişvilinin sözlərinə görə, yazının əvvəllər aşkar edilməməsinin əsas amili onun gipslə örtülmüş olması olub.
“1970-ci illərdə həmin məbədin kənarında VII-VIII əsrlərə aid yazı görünüb. Orada “Akana” (yəqin ki, “Aqana”nın köhnə adıdır) və bir yepiskopun adı çəkilirdi. 1970-ci illərdə məbədin daxilindəki yazı alimlər tərəfindən diqqətdən kənarda qalmışdır ki, bu da çox güman ki, iki amillə bağlıdır: məbədin çox pis vəziyyətdə olması və yerli əhalinin də təsdiq etdiyi kimi, onun bağlı olması. İkinci ən mühüm amil isə yazının gips suvağı ilə örtülmüş olmasıdır. Zamanın keçməsi və yağış suvağın ön qatını korlayıb. Müəyyən etdik ki, gips faktiki olaraq qoparaq tökülüb və yazının parçaları görünür”, - tədqiqatçı deyir.
Daş kilsənin qapısının üzərində yerləşdirilmiş olmalı idi. Levan Tsikarişvilinin qeyd etdiyi kimi, belə mühüm yazılar, məhz qapının yuxarı hissəsində yazılırdı.
“Bu yazının müəllifi yerli feodal olmalıdır. Biz onun adını oxumaq mərhələsindəyik. Yazıda III Baqrat Kurapalatın adı çəkilir və orta hissədə Koronikonda (bu, həmin dövrdə tarixin qeyd olunma forması idi) 984-cü il göstərilir. Baqrat bu tərixdə “Kurapalat” tituluna sahib deyildi. Bir qayda olaraq, Koronikon sonda qeyd olunur. Ona görə də məbədin tikintisinə başlanılan tarix 984-cü il olmalıdır və Baqratın artıq “Kurapalat” titulunu daşıdığı vaxtda tikinti başa çatdırılmışdır. “Vəftizçi” birbaşa oxunur və görünür, bu məbəd onun adını daşıyır”, - Levan Tsikarişvili deyir.
Daşın 50 sm-ə yaxın hissəsi çatışmadığından yazı tam deyil. “Tədqiqat Mərkəzi”nin üzvləri daşdan ikinci dərəcəli istifadə edildiyini və bu səbəbdən də minbərin yanında qoyulduğunu düşünürlər. Onların fikrincə, 19-cu əsrə qədər erməni icması kilsə tikərkən köhnə məbəd artıq dağılmış olmalı idi.
Aqan kilsəsinə 2012-ci ildə mədəni irs abidəsi statusu verilib, lakin bu gün o, damsız qalıb və dağılır. Mədəniyyət Nazirliyi və onun tabeliyində olan Mədəni İrsin Mühafizəsi Agentliyi məbəddə yazının tapılmasına münasibət bildirmir.