Şovi kurortunda təbii fəlakət nəticəsində həlak olanların sayı artıb. Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvilinin sözlərinə görə, “çayın yatağında qadın meyiti görünüb”. Ölən şəxsin kimliyi hələ müəyyən edilməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Həmçinin, ayrılıqda insan parçası da görünüb. Hazırda meyitin təxliyyəsi işləri aparılır. Demək olar ki, bu fraqmentin və insan bədəninin tapıldığı yerdə bütün bunlar aktiv iş nəticəsində baş verib. Bu mərhələdə axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi üçün konkret yerlərdə əlavə səfərbərlik aparılır.
Bu gün artıq 10 məntəqədə axtarış işləri davam etdirilir, Müdafiə Nazirliyindən xüsusi texnika aldıq, onların köməyi ilə ərazilər metal aşkarlanması məqsədilə, avtomobil parçaları və avtomobilin özünün axtarışı istiqamətində yoxlamalar davam edir”, - deyə Temur Mğebrişvili bildirib.
Avqustun 3-dən indiyədək [8 avqust saat 12:00] təbii fəlakət bölgəsində 18 cəsəd tapılıb. Təxminən eyni sayda insan itkin düşmüş hesab olunur.
Həlak olan 14 nəfərin şəxsiyyəti məlum olub, onlar arasında 18 yaşlı Samirə İsayeva, 25 yaşlı Davit Beriaşvili, 7 yaşlı Luka Dudaşvili, 25 yaşlı Meqi Qutaşvili, 18 yaşlı Qiqi Qutaşvili, 49 yaşlı Şorena Biçaşvili, 20 yaşlı Mariam Maisuradze, Qiorqi Karalaşvili, Nino Kençadze, Ukrayna vətəndaşı Alina Polikovska və Rusiya vətəndaşı Kseniya Triçeva da var.
Avqustun 3-də saat 15:15 radələrində Şovi kurort ərazisində təbii proseslər inkişaf edib. Palçıq axını kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Avqustun 3-ü və 4-də helikopterlərlə 210 nəfər fəlakət zonasından təxliyə edilib.