Çexiya parlamenti Rusiyanı ölkənin təhlükəsizliyinə ən böyük təhdid adlandırıb. Martın 20-də qəbul edilən qətnamədə deyilir ki, “Rusiyadakı terror rejimi” öz təsir dairəsini Ukrayna və digər Avropa ölkələrinə də genişləndirməyə çalışır və bu, müharibə cinayətləri ilə müşayiət olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Buna görə də Putinin Ukraynaya qarşı apardığı müharibənin uğurlu olmaması, Ukraynanın özünü müdafiə etməsi, ərazi bütövlüyünü bərpa etməsi və Rusiya rejiminin Avropaya qarşı təcavüzünün qarşısını almaq Çexiyanın əsas marağıdır”, - deyə 19 saatlıq müzakirədən sonra qəbul edilən qətnamədə deyilir.
Hakim koalisiyanın təqdim etdiyi qətnamənin lehinə 84 deputat, əleyhinə isə 17 deputat səs verib, 42 deputata bitərəf qalıb.
Parlament həmçinin Ukraynaya yardımın davam etdirilməsini, o cümlədən hərbi texnikanın verilməsini dəstəkləyib. Deputatlar qeyd edirlər ki, beynəlxalq strukturlarda möhkəm təmsil olunan müstəqil, demokratik və azad Ukrayna Çexiyanın maraqları arasındadır.
“Hərbi texnikanın tədarükünün dayandırılması, əksinə, Ukraynanın Rusiya terrorçu rejimi tərəfindən işğalı və dağıdılması və bu rejimin Avropa dövlətlərini fəthini davam etdirməyə təşviq etməsi ilə nəticələnəcək.
Əgər Ukrayna Putinin terrorçu rejiminin əlinə keçərsə, onun təsir dairəsini Baltikyanı və ya Mərkəzi Avropa ölkələri istiqamətində genişləndirmək səylərinin davam edəcəyi şübhəsizdir. Putin artıq sübut etdi ki, bir ərazinin zəbt edilməsi onu dayandırmayacaq. Hədə-qorxu siyasəti işləmir – necə ki, Hitlerlə işləməyib”, – qətnamədə deyilir.
Eyni zamanda, deputatlar hökumətə müraciət edərək, Çexiyanın müdafiə qabiliyyətinin gücləndirilməsini davam etdirməyi xahiş ediblər.
2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Çexiya parlamenti Rusiya rejimini terror təşkilatı elan edib. Litva, Latviya, Estoniya və Polşa parlamentləri də eynisini edib.