Çiaturada etiraz aksiyası- “Biz ekomiqrant deyilik, şirkət bizi məhv edir”

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mariam Nikuradzenin fotosu

Dördüncü gündür ki, Çiaturanın Şukruti kəndinin sakinləri Koroxnali mədəninin girişini bağlayıblar. Mədən onların kəndinin altından keçir. Aksiya iştirakçılarının bəziləri artıq evlərində yaşamır. Sakinlər qorxurlar ki, qonşu İtxvisi kəndində baş verən, torpağın sürüşüb evləri basdırdığı eyni hadisə Şukrutidə də təkrarlansın. “Georgian Manganese” aksiya iştirakçılarını radikal qrup adlandırır və onları polisə şikayət edir. Varlı şirkətlə yaxınlığı olan media isə Şukruti sakinlərini nüfuzdan salmağa çalışır.

“Biz ekomiqrant deyilik, burada şirkət bizi məhv edir. İllərdir ki, mədənçilik qaydalarına əməl etmir, əsas odur ki, daha çox filiz çıxarsın, ona görə də bu vəziyyətə düşmüşük. Artıq çoxlu evlər uçub, qalanlard da hər gün çatlar genişlənir. Yollarda, torpaq sahələrində, həyətyanı sahələrdə çatlar getdikcə dərinləşir. Biz “Georgian Manganese” ilə ticarət etmək, korrupsiya işlərində iştirak etmək istəmirik. Çadırı qurmazdan əvvəl şirkətin yeni rəhbəri Maksim Mazurenko ilə görüşdük.

Biz əmlakın tam qiymətləndirilməsini və bazar qiymətləri ilə kompensasiya edilməsini tələb edirik. “Georgian Manganese” bundan imtina edir, çünki ehtiyat edir ki, mütəxəssiz bizim burada olan evi, həyəti, torpaq sahəsini, bağları qiymətləndirib, bu itkini bizə real qiymətə ödəsə, o, digər zərərçəkmiş kəndlərə də şamil oluna bilər.

Bu barədə “Dağ Xəbərləri”nə aksiya təşkilatçılarından biri olan Şukruti sakini Qiorqi Neparidze məlumat verib.

2021-ci ildə eyni tələblərlə ən səs-küylü və ən uzun müddətli etiraz aksiyasını Şukruti sakinləri edib. Aksiya iştirakçıları daha sonra ağızlarını tikərək 30 gün aclıq aksiyası keçiriblər. Nəhayət, etiraz aksiyası ABŞ-ın Tbilisidəki səfirliyinin yaxınlığında davam etdikdən sonra ki, heç olmasa diplomatik korpus reaksiya versin “Georgian Manganese” zərərçəkmiş 8 ailə ilə müqavilə imzalayıb. Şirkətin qəti tələbi ilə zərərçəkmişlərə müqavilənin şərtləri ilə bağlı məlumat yaymaq qadağan edilib. Bununla belə, “Dağ Xəbərləri”nə bildirilir ki, müqaviləyə əsasən, əmlak Milli Məhkəmə Ekspertizası Bürosu tərəfindən qiymətləndirilməlidir və kompensasiya bundan sonra veriləcək. Bütün bunlar 6 aya tamamlanmalı idi. Qiorqi Neparidze deyir ki, sonda Ekspertiza Bürosu tərəfindən rəy çıxarılmayıb və səkkiz ailədən beşinə kompensasiyanın bir hissəsi şirkət auditinin apardığı qiymətləndirməyə görə ödənilib, üç ailəyə isə indiyədək heç nə verilməyib.

İndi Şukrutidə yaşayan 30-a yaxın ailə nümayəndəsi Koroxnalı mədəninin yaxınlığında toplaşıb.

“Kənd əhalisinin böyük bir hissəsinə 7, 8, 12, 20 min lari verib susdurublar, sənəd imzalayıblar, bir növ təşəkkür yazısı. Bəziləri işlə təmin olundu. Belə olur.

Dövlət sizi himayə etmədikdə və onlar birlikdə hərəkət etdikdə əhali məcbur olur ki, razılaşsın, sussun, mübarizə aparmasın, əks halda tutulacaqlar, daim təzyiq altında olacaqlar”.

Qiorqi Neparidzenin öz hüquqları uğrunda açıq şəkildə mübarizə aparmağa cəsarət edən insanları sistemin necə cəzalandırması ilə bağlı şəxsi təcrübəsi var. 2021-ci ildə ona absurd ittiham irəli sürülüb. O, iki il təqsirləndirilən şəxs statusunda olub və onun işi üzrə məhkəmədə 26 iclas keçirilib. Sonda o, haqlı çıxıb.

“Georgian Manganese” Koroxnali mədəninin yaxınlığında davam edən aksiya iştirakçılarını polisə şikayət edir.

“Özbaşına qanunu pozaraq iş prosesinə maneçilik törədiblər, Koroxnali mədəninin girişi bağlanıb. Şukruti mədənində mərkəzi havalandırma sistemi sönüb ki, bu da işçilərin sağlamlığı üçün təhlükə yaradıb. Şirkətə qarşı tələblər irəli sürən radikal qrup artıq kompensasiya alıb. Vəsaitlər ayrı-ayrı illərdə fərdi mülkiyyətin fərdi qiymətləndirilməsinə uyğun olaraq mərhələli şəkildə verilib. Prosesdə iştirak edən yerli sakinlər cəmiyyəti çaşdırmağa və şirkətdən kompensasiya almadıqlarını göstərməyə çalışırlar. 2020-ci ildən bu yana Şukruti və Perevisa kəndlərinə ümumilikdə, təxminən 11 milyon lari ayrılıb. Kompensasiyaların ödənilməsi prosesi qlobal böhran səbəbindən müvəqqəti olaraq dayandırılıb. Mart ayından etibarən vəsaitlərin verilməsi kateqoriyalar üzrə yenilənib”, - deyə şirkətin açıqlamasında bildirilir.

Martın 15-də “Rustavi 2” televiziya şirkəti etiraz aksiyasının iştirakçılarını mədənlərin mərkəzi havalandırma sistemini özbaşına söndürməkdə və bununla da mədənlərdə çalışan işçilər üçün təhlükə yaratmaqda ittiham edib. Məlumdur ki, soyutma sistemi söndürülərsə, mədənlərdə insanlar həyatını itirə bilər. Sujetdə “Kuryer”in aparıcısı bu ağır ittihamla bağlı heç bir sübuta malik olmayıb, o, məlumatı yoxlamağa belə cəhd etməyib. Qiorqi Neparidze bizə deyir ki, martın 13-də “Georgian Manganese”nin işçisi bütün işçilər mədəndən çıxdıqdan və yeni növbəyə icazə verilmədikdən sonra onların xahişi ilə havalandırma sistemini söndürüb.

Digər bir media “Primetime” isə aksiyada iştirak edən ailələrin faktiki olaraq artıq kompensasiya vəsaitini aldığını yazıb və məbləği bildirib.

“Rustavi 2” və “Primetime” eyni faktiki menecerə malikdir. O “Georgian Manganese”nin müşahidə şurasının üzvü Qiorqi Kapanadzenin (ləqəbi “Rija”) bibisi Tamar Pxakadzedir.

Bu gün, martın 16-da səhər saatlarında “Georgian Manganese” mədənlərin havalandırma sistemini işə salıb. Mitinq iştirakçılarına mane olmaq üçün onlarla polis hadisə yerinə səfərbər edilib. Koroxnali mədəni yenidən iflic vəziyyətinə düşüb.

Etiraz aksiyası iştirakçılarının şirkətin yeni meneceri ukraynalı Maksim Mazurenko ilə aksiya başlamazdan əvvəl görüşdükləri barədə bəyanatına gəlincə, biznes reyestrinin məlumatlarında heç bir dəyişiklik yoxdur və “Georgian Manganese”nin xüsusi meneceri kimi hələ ki, Besik Kirtadze göstərilir. Vasitəçi şirkətlər olan “Manganum Logistics” və “Mağaroeli”nin direktorları dəyişdirilib. Martın 12-də Nodar Mikaberidzenin (“Başkira” ləqəbli) əvəzinə “Manganum Logistics”in direktoru Yevgeni Cixvadze, martın 1-də isə “Mağaroeli”nin direktoru Zurab Badzqaradze təyin edilib.

Ətraf Mühit Nazirliyinin sifarişi ilə Çiaturada ekoloji fəlakətə bərabər vəziyyət yarandığından və təcili düzəliş tələb olunduğundan “Georgian Manganese” MMC-yə 7-ci ildir ki, xüsusi dövlət meneceri təyin edilib. Əslində, xüsusi dövlət idarəetmə rejimi ilə Çiaturada ekoloji vəziyyət daha da pisləşib.

“Georgian Manganese”nin sahibi (100% sahibi) nəzarət paketi ukraynalı milyarder İqor Kalomoyskiyə məxsus olan “Georgian American Eloise” şirkətidir və təxminən 4% gürcü səhmdarlar qrupuna, Qiorqi Kapanadzeyə (“Rizha” ləqəbli) aiddir.

“Georgian Manganese” Gürcüstanın ən böyük mədənçisi, yüz milyonlarla dövriyyəsi olan ən zəngin şirkətidir. Onun fəaliyyət göstərdiyi bölgə isə ölkənin ən yoxsul bölgələrindən biridir. Çiatura Bələdiyyəsində hər üçüncü şəxs sosial cəhətdən həssasdır və yaşayış üçün müavinət alır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur