Maliyyə Nazirliyinin sisteminə daxil olan mühasibat uçotu, hesabatlılıq və auditə nəzarət xidmətinin portalında “Georgian Manganese” MMC tərəfindən dərc edilən maliyyə hesabatları artıq tapılmır. Son hesabatda “Georgian Manganese”in 2021-ci ildəki maliyyə göstəriciləri əks olunub və 96 milyon mənfəət göstərib. Sənəd iyunun 17-dən sonra “Mtis Ambebi” “Georgian Manganese” ilə bağlı yeni detallar - şirkəti ələ keçirmək üçün döyüş adlı məqaləni dərc etdikdən sonra silinib. Mövcud qanunvericiliyə görə, “Georgian Manganese” Maliyyə Nazirliyinə illik maliyyə fəaliyyəti və audit hesabatını təqdim edib dərc etməyə borcludur, bununla belə, Nazirliyin sisteminə daxil olan ictimai internet saytında“Georgian Manganese”ə dair heç bir məlumat tapmaq mümkün deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mtis Ambebi” səhər saatlarından “Georgian Manganese”in rəhbərliyi ilə əlaqə saxlamağa çalışır. Lakin şirkətin inzibati direktoru Teimuraz Xoneliya və ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Tamar Xurtsia telefon zənglərimizə və mesajlarımıza cavab vermirlər.
İyunun 20-də keçirilən brifinqdə “Georgian Manganese” MMC-nin əməliyyat idarəsinin direktoru Laşa Tutberidze bildirib ki, “şirkət illərdir Çiaturada mədən əməliyyatları ilə bağlı zərərdədir”. Tutberidzenin bu bəyanatı "Georgian Manganese"nin reportal.ge saytında dərc etdiyi illik hesabata (audit hesabatı) ziddir.
“Biz mədənçilərə əmək haqqının 5% artırılmasını təklif etdik ki, bu da onlarla bağlanmış kollektiv əmək müqaviləsində nəzərdə tutulmuşdu. Xüsusilə 20 % artım tələb olunub. Bununla əlaqədar olaraq izah etdik ki, şirkət Chiaturada mədən əməliyyatları baxımından illərdir zərərlə üzləşir. Bu böhran illərdir Çiaturada davam edir. Biz bu böhrandan çıxmağın yollarını tapmağa çalışırıq. Komissiyanın yaradılması dövlət tərəfindən təklif olunub. Müstəqil auditorun dəvət olunmasına hazırıq ki, şirkətin vəziyyəti öyrənilsin, işçilərin əmək haqqını daha 15 % artırmaq üçün şirkətin resursları var ya yox. Bu müddət ərzində 15% təqribən mövcud əmək haqqı fondumuzundan 10 milyon dollar illik xərcdir.
Biz onlara [mədənçilərə] təklif etdik ki, audit hesabatı verək, gələcək nəticələrə gəlin və ya mövcud maliyyə vəziyyətini görək. Təəssüf ki, sonda danışıqlar dalana dirəndi. Məqsədimiz Çiaturadakı işləri yeniləməkdir. Şirkət hər şeyi dayandırmaq istəmir, baxmayaraq ki, bütün il ərzində mövcud böhran fonunda biz müəssisəni dayandırmağa məcbur oluruq. Bu müddət ərzində biz dayanmış istehsalda işçilərimizə maaş veririk ki, bu, həqiqətən də az məbləğ deyil və ayda 6 milyon laridən çoxdur. Bu günə qədər təxmini maliyyə itkilərimiz 12 milyon dollardır”, - Tutberidze bildirib.
O, həmçinin bildirib ki, böhrandan çıxmaq üçün Ukraynadan dağ-mədən işlərinin istehsalı üzrə təcrübəsi olan mütəxəssislər dəvət olunub: “Onların tərəfdən bir nəticə çıxarıldı, yerli orta halqanın idarə edilməsində qüsurlar da tapıldı. İşçilərin özləri tərəfindən problemli kimi qaldırdıqları, əslində olmamalı olan məsələlər müəyyən edildi”.
“Georgian Manganese”in operativ idarəetmə direktoru dedikdə, ukraynalı mütəxəssislər arasında bir neçə gün əvvəl, iyunun 1-də “Maqaroeli” MMC-nin yeganə direktoru vəzifəsinə təyin edilmiş Andrey Barabax nəzərdə tutulur. “Maqaroeli” MMC Nodar Mikaberidze (“Başkira” ilə eyni) və Cemal Xaraişvili tərəfindən təsis edilib və səhmlər bərabər bölünür. Çiaturada mədənçilərin keçirdiyi aksiyalardan biri də Barabaxa qarşı yönəlmişdi.
“Georgian Manganese”də işləyən 3500-ə yaxın mədənçi maaşların artırılması və təhlükəsiz iş şəraitinin təmini tələbi ilə 16-cı gündür tətil edir. Hazırda onlardan 15-i aclıq aksiyası keçirir, biri ağzını tikib, digəri isə gözünü.
Ehtimal ki, “Georgian Manganese” ilə bağlı müxtəlif səhifələr sponsorlu postlar vasitəsilə şaxtaçının maaşının 3000 lariyə çatması, hətta bəzən onu da keçdiyi barədə yalan məlumatlar yayırlar. “Mtis Ambebi” ondan çox mədənçinin maaşının nə qədər olduğuna aydınlıq gətirib, hansı ki, onların maaşının 1400-1800 lari arasında dəyişdiyi məlum olub.
"Maqaroeli" MMC "Georgian Manganese" şirkətinin podratçısıdır. İki şirkət arasında imzalanmış müqavilə maraqlı tərəflər üçün açıq deyil. Belə sənədlər Mineral Ehtiyatlar Agentliyinə və Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməlidir, lakin bu qurumlardan belə sənədləri əldə etmək mümkün deyil.
Müxtəlif məlumatlara görə, "Georgian Manganese"in iyirmidən çox belə vasitəçi şirkəti var. Belə şirkətlərin sayı xüsusilə 2017-ci ildən sonra, Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin tələbi ilə məhkəmə xüsusi dövlət inzibatçısı təyin etdikdən və ukraynalı milyarder və oliqarx İqor Kalomoyski qrupunu şirkəti idarə etmək hüququndan məhrum edəndən sonra artıb.
Nazirlik müraciətini onunla əsaslandırıb ki, Çiaturada "Georgian Manganese"in fəaliyyəti ekoloji fəlakətə bərabər vəziyyət yaradıb və fəlakətin qarşısını ancaq xüsusi menecer təyin etməklə almaq olar. Əvvəlcə "Gürcü arzusu"na yaxın olan Nikoloz Çikovani 3 il müddətinə xüsusi menecer təyin edilib, sonra səlahiyyət daha üç il uzadıldı və 2023-cü il mayın 16-da məhkəmə yenidən Ətraf Mühitin Mühafizəsi Nazirliyinin tələbi ilə "Georgian Manganese”ə xüsusi idarəetmə rejimini daha 2 il uzadıb və Besik Kirtadzeni yeni menecer olraq bu vəzifəyə təyin etdi. Artıq yeddinci ildir ki, "Georgian Manganese” tamamilə dövlət idarəçiliyindədir və Çiatura rayonunda onsuz da ağır vəziyyət ekoloji fəlakətə çatıb. Müəssisədə xüsusi idarəetmə rejimi tətbiq olunmazdan əvvəl heç bir sənəddə maliyyə böhranından bəhs edilmir.
“Mtis Ambebi”nin iyunun 17-də dərc etdiyi xüsusi reportajda Kirtadzenin təyinatı ilə “Gürcü Arzuları”ndan deputat Aleksandr Dalakişvilinin (Maliyyə Nazirliyinin istintaq xidmətinin keçmiş məsul işçisi) şirkətdə nüfuzunun gücləndiyini bildirmişdik. Kirtadze də uzun illər istintaq xidmətində çalışıb. Nodar Mikaberidze də Dalakişvilinin etibarlı adamıdır, hansı ki, o monopolist şirkətlər vasitəsilə Çiaturada o, nəinki açıq mədən işlərinə rəhbərlik edir və ətraf mühitin dağıdılması hesabına milyonlar qazanır, həm də yeraltı mədən işlərini koordinasiya edir və "Georgian Manganese”in dəvət etdiyi ukraynalı mütəxəssisin ona məxsus şirkətə yeganə direktor təyin olunması buna sübutdur.
Gürcüstanın “Mühasibat uçotu, hesabat və audit haqqında” Qanununun 9-cu maddəsinin 2-ci bəndi kommersiya təşkilatlarını maliyyə hesabatlarını təqdim etməyə və bu qanunla nəzərdə tutulmuş hallarda isə audit hesabatını dərhal, lakin növbəti hesabat dövrünün oktyabrın 1-dən gec olmayaraq həmin xidmətin rəsmi internet saytında dərc etməyə öhdələndirir.
“Maqaroeli” MMC yalnız 2020-ci ilin maliyyə hesabatlarını dərc edib, lakin 2021-ci il hesabatını da təqdim etməli idi.
2020-ci il hesabatına əsasən, yeni yaradılmış “Maqaroeli” MMC-nin cəmi 7 ayda xalis mənfəəti 2.174.642 lari təşkil edir. Şirkət 20 may 2020-ci ildə qeydiyyatdan keçib.
Nodar Mikaberidze "Manganum Logistics" MMC-nin 100 % sahibidir. Bu da “Georgian Manganese”in monopolist vasitəçi şirkətlərindən biridir. Mikaberidze filiz mədənçilərindən açıq karyera yolu ilə ucuz qiymətə filiz alır - hər ton üçün təxminən 70-100 dollar verir, yuyur və yalnız bundan sonra “Georgian Manganese”ə gətirir. Nəhayət, “Georgian Manganese” mineralı Zestafoni ferroərinti zavodunda emal edərək ixrac edir. Vasitəçi şirkət üçün yaxşıca mənfəət qalır.
“Manganum Logistics”in illər üzrə mənfəəti aşağıdakı kimidir:
- 2018-ci il - 11.854.274 lari;
- 2019-cu il - 11.775.288 lari;
- 2020-ci il - 12.031.569 lari;
- 2021-ci il - 12.890.414 lari;
4 ildə ümumi mənfəət - 48.551.545 lari.
İyunun 20-də “Yaşıl Alternativ” və “Vətəndaş Fəaliyyət Mərkəzi” Tbilisi şəhər məhkəməsinin hakimi Nino Buaçidzeyə müraciət edərək Çiaturadakı vəziyyətlə yerində tanış olmağı tələb edib. İctimai təşkilatların qiymətləndirməsinə görə, bir neçə gün əvvəl hakim tərəfindən “Georgian Manganese”də xüsusi idarəetmə rejiminin daha 2 il uzadılması qanunsuzdur.