Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden seçkiyə 4 ay qalmış Demokratlar Partiyasından prezidentliyinə namizəd olmaqdan imtina edib. Yayılan bəyanatda Bayden yazır ki, Amerika xalqının xidmətində olmaq onun üçün böyük şərəfdir və o, yenidən seçilmək istəyirdi, lakin hesab edir ki, namizədliyini geri götürməsi Demokratlar Partiyasının və ölkənin maraqlarına uyğundur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Baydenin sözlərinə görə, o, qərarı barədə həftənin sonunda ətraflı danışacaq.
“Namizədliyi irəli sürməmək və bütün enerjimi prezidentlik müddətimin qalan hissəsində öz vəzifələrimi yerinə yetirməyə yönəltmək qərarına gəldim”, - Bayden Demokratlar Partiyasının üzvlərinə müraciət edib.
Baydenin sözlərinə görə, o, vitse-prezident Kamala Harrisin prezidentliyə namizəd kimi irəli sürülməsini tam dəstəkləyir: “2020-ci ildə partiyanın namizədi kimi ilk qərarım Kamala Harrisi vitse-prezident kimi seçmək oldu və bu, verdiyim ən yaxşı qərar idi. Demokratlar, birləşmək və Trampı məğlub etmək vaxtıdır”, - Bayden qeyd edir.
Co Bayden Respublikaçı namizəd Donald Trampla debatda uğursuzluğa düçar olduqdan sonra tərəfdarları və partiya yoldaşları tərəfindən fəal şəkildə namizədliyini geri götürməyə çağırılıb. Bayden təkidlə marafonu qaçırmayacağını iddia edirdi.
Baydenin qərarını şərh edən Tramp, ona “Ölkə tarixinin ən pis prezidenti” deyib. O, “CNN”ə müsahibəsində deyib ki, Kamala Harrisə qalib gəlmək hazırkı prezidentlə mübarizə aparmaqdan daha asan olacaq.