İsveçrənin “Credit Suisse” bankı uzun sürən məhkəmə işi zamanı Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişviliyə ümumilikdə 210 milyon dollar ödəyib. Bu barədə “Bloomberg” nəşri İsveçrə bankının mətbuat katibinin elektron bildirişinə əsasən yazır. Sinqapurda davam edən məhkəmə prosesinin bir hissəsi kimi ödənişin məbləği və ya müddəti məlum deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Söhbət 2015-ci ildə məlum olan fırıldaqçılıqdan gedir. “Bloomberg” yazır ki, gürcü maqnatı “Credit Suisse”in Sinqapurdakı etimad departamentini 800 milyon ABŞ dolları məbləğində təzminat və itirilən gəlir tələbi ilə məhkəməyə verib. O, deyirdi ki, pulu təhlükəsiz şəkildə yatırılsaydı, illər ərzində əldə edə bilərdi.
“Credit Suisse” bankiri Patrik Leskadron 2018-ci ildə digər müştərilərin portfellərində artan itkiləri ödəmək üçün İvanişvilinin hesablarından pul oğurlamaqda istifadə etdiyi saxtakarlıq sxeminə görə təqsirli bilinib. O, 2020-ci ildə intiharla həyatına son qoyub.
“Credit Suisse” trestinə görə, onun məsuliyyəti Bidzina İvanişviliyə məxsus aktivlərin idarə edilməsi ilə məhdudlaşırdı və investisiya qərarlarına nəzarət etmək maqnatın və ya onun gürcü biznes məsləhətçisinin məsuliyyəti idi. Ona görə də hər hansı itkiyə görə onlar məsuliyyət daşıyırdılar. Bank qeyd edirdi ki, Leskadron müstəqil hərəkət edirdi və cinayətlərini həmkarlarından gizlədirdi.
Hələ 2022-ci ilin martında İvanişvili Bermud adasının Ali Məhkəməsində “Credit Suisse” ilə 607 milyon dollarlıq məhkəmə işini qazanmışdı və bu işdə “Credit Suisse”in həyat sığortası departamentinin Leskadronun fırıldaqçılığına məhəl qoymadığı müəyyən edilmişdir. Hazırda bu qərar Departament tərəfindən apellyasiya şikayət edilib.