“Cyprus Airways” həftədə 3 dəfə Larnaka-Tbilisi istiqamətində uçacaq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Kipr Respublikasında yerləşən “Cyprus Airways” aviaşirkəti Gürcüstana uçuşlara başlayır. Aviaşirkət Larnaka-Tbilisi-Larnaka hava xətti ilə müntəzəm uçuşlar həyata keçirəcək.

Gürcüstanın Mülki Aviasiya Agentliyi iyunun 21-də “Cyprus Airways”ə əməliyyat icazəsi verib.

Aviaşirkət iyulun 2-dən etibarən Larnaka və Tbilisi arasında uçuşlar həyata keçirəcək. Uçuşlar həftədə üç dəfə - hər bazar ertəsi, çərşənbə və bazar günləri həyata keçiriləcək.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur