“Daha güclü qayıdacağıq” – Gürcüstan millisi Avropa Çempionatına vida edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Futbol üzrə Gürcüstan yığması Avropa Çempionatının 1/8 final mərhələsində İspaniya yığmasına 4:1 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni başa vurub. Görüş Almaniyanın Köln şəhərində keçirilib.

Matçın 18-ci dəqiqəsində ispaniyalı müdafiəçi Robin Le Norman topu öz qapısına vurub və hesab 1:0 Gürcüstanın xeyrinə olub. 39-cu dəqiqədə Rodrinin qolu millinin torunu silkələyib və beləliklə, ilk hissə 1:1 hesabı ilə başa çatıb. İspanların ilk qolu mübahisəli olub, lakin hakim bunu ofsayd hesab etməyib. İkinci hissədə qolları Fabian Ruiz (51-ci dəqiqə), Niko Uilyams (75-ci dəqiqə) və Dani Olmo (83-cü dəqiqə) vurub.

“Qol vurulan zaman biz şansımız ola biləcəyimizi hiss edirdik, çünki oyundan əvvəl şansımız olduğunu hiss edirdik”, - Gürcüstanın baş məşqçisi Vili Saniol deyib. “Birinci hissəni 1:0 tamamlaya bilsə idik, ikinci hissədə bir az daha enerjimiz ola bilərdi. Sonra çox vacib oyunçu [Kiteişvili] zədələndi. 20 saniyə ərzində çox şey itirdik. Ümumilikdə, İspaniya qələbəyə layiq idi, bu mübahisəli deyil”.

Vili Saniolun sözlərinə görə, o, son günlərdə və həftələrdə milli komandanın gördüyü işlərdən məmnundur və fəxr edir.

“Bəzən bir addım geri çəkilib, etdiklərinə baxmaq lazımdır. Son bir ildə komandanın inkişafı fantastik olub. Mən bununla çox fəxr edirəm.

Bu, səyahətin sonudur, amma əminəm ki, sonrası çox maraqlı olacaq. Məyus olduğumuzu demirəm, amma məğlub olduğumuz üçün bir az kədərlənirik. Bununla belə, bir neçə gündən sonra nə etdiyimizi dəqiq anlayacağıq və düşünürəm ki, xoşbəxtlik çox tez geri qayıdacaq”, - deyə Saniol bildirib.

“Bu, bizim üçün heyrətamiz bir macəra idi. Biz əldə nail olduqlarımızla çox fəxr edirik. Bu gün istədiyimiz nəticəni əldə edə bilmədik, amma sonda ilk böyük turnirimizdə ölkəmizi bu cür təmsil etdiyimizdən çox razıyıq”, - deyə yığmanın kapitanı Quram Kaşia bildirib.

Milli komandanın və İtaliyanın “Napoli” futbol klubunun hücumçusu Xviça Kvaratsxelia da Avro-2024-dəki çıxışını müsbət qiymətləndirib.

“Ola bilsin ki, təcrübəmiz yox idi, amma bu da qazanılır və biz irəliləməyə çalışacağıq. Biz yenidən belə böyük turnirlərə getməliyik, çünki bugünkü yerə layiqik. Azarkeşlərə çox təşəkkür etməliyəm. Bu qədər insanın gələcəyini düşünməzdim. Yəqin ki, çoxları qrupdan çıxacağımızı düşünmürdü. Bu cür, bir yerdə olub, bir-birimizin yanında olmaqla, məncə, hər şeyə nail olacağıq”.

“Necə bir turnirdə oynadığımızı bilirik. Biz bu günə sahib olduğumuz böyük fədakarlıq və istedadla gəlmişik. İlk hissədə öz futbolumuzu göstərməyə, müdafiədə oynamağa, sonra əks-hücumlarla sürətlə irəliləməyə çalışdıq. Amma pis bir şey oldu, yarımmüdafiəçimiz Kiteişvili zədənləndi və sanki hər şey dəyişdi. Altunaşvili də yaxşı çıxış etdi, amma yenə də Otarın əksikliyini hiss etdik. İkinci hissədə də eyni futbolu göstərməyə çalışdıq. Onların çox yüksək səviyyəli oyunçuları var.

Heçnə, biz irəliləməyə və güclənməyə davam etməliyik. Başqa heç nəyimiz qalmayıb, çünki balacalar bizə baxır.

Növbəti görüşü böyük səbirsizliklə gözləyəcəm ki, komanda və fərdi olaraq daha güclü qayıdıb Gürcüstana daha çox uğur gətirək”, - milli komandanın və İspaniyanın “Levante” futbol klubunun mərkəzi yarımmüdafiəçisi Qiorqi Koçoraşvili bildirib.

Yığmanın qapıçısı Qiorqi Mamardaşvili də çempionatın əsas favoritlərindən birinə məğlubiyyətdən danışıb. Onun özünün dediyi kimi, hər bir futbolçu fədakarlıqla oynayırdı.

“Məncə, biz Avropa çempionatındakı çıxışımızdan razı qalmalıyıq, çünki bu turniri Gürcüstana hədiyyə etdik və hər bir oyunçu maksimum fədakarlıqla oynadı. Əlbəttə, 1/8 finalda uduzmağımız təəssüf doğurur, amma buna da sevinməliyik, çünki bir müddət əvvəl bura qədər gələcəyimizi belə təsəvvür edə bilməzdik.

Bu son deyil. Biz daha güclü qayıdacağıq. Mən gürcü azarkeşləri bizə inanmağa çağırmaq istərdim, Gürcüstan millisi gələcəkdə onları mütləq sevindirəcək”, - deyə İspaniyanın “Valensiya” futbol klubunun da qapıçısı olan Mamardaşvili bildirib. O, Avro 2024-də oynadığı dörd oyunda 29 top çıxarıb və 8 top buraxıb.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatında iştirak edirdi. F qrupunda Türkiyəyə 3:1 hesabı ilə uduzub, Çexiya ilə 1:1 edib və Portuqaliyaya 2:0 hesabı ilə qalib gələrək 4 xalla 1/8 finala yüksəlmişdi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur