“Gürcü arzusu” partiyasının təbliğat telekanalının təsisçisi və baş prodüseri Şalva Ramişvili daha üç qadın tərəfindən cinsi qısnamada ittiham olunur. Artıq bir dəfə məhkəmədə cinsi qısnama ilə bağlı işi uduzmuş Ramişvili ittihamları əsassız adlandırır və ona qarşı böhtan kampaniyasının “POS TV”nin yüksək reytinqi səbəbindən başladığını deyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Martın 20-də “Tabula” nəşrinin keçmiş jurnalisti Mako Cabua “Facebook”da yazı paylaşır və burada 7-8 il əvvəl işlə bağlı müsahibə üçün Şalva Ramişvilinin yanına gəldiyi zaman başına gələnlərdən bəhs edir. Mako Cabua deyir ki, ofisə çevrilmiş mənzildə müsahibə zamanı Ramişvili onun “qeyri-standart və cəsarətli görünüşü”nə diqqət çəkib və ondan “sadə jurnalist” olmaq istədiyinə əmin olub-olmadığını soruşub. Mako Cabua Ramişviliyə cavab verib ki, xəbər jurnalisti olmaq istəyir, bundan sonra onlar arasında belə bir dialoq baş tutub:
“ -Yaxşı, başa düşüləndir, amma bəlkə sənin verlişinlə bağlı nəsə edək. Üzgüçülük paltarında necə görünərsən? Mən bundan bir qədər utandım, amma çaşmadım- yəqin yaxşı.
-Mənim belə bir ideyam var ki, bir neçə nəfəri hovuza dəvət edə və onlara qeyri-münsib suallar verəsən.
-Məsələn, hansı pozanı xoşlayırlar, hansı pornoya baxırlar… və sən özün hansı pornoya baxırsan? Hansını xoşlayırsan?
Bax orda mən artıq kiminlə işim olduğunu bilirdim. Bilmirəm beynimdə qərar verdim ki, qorxmaram, sakit olmalıyam, nəsə bir şey oldu mənə, daşa döndüm (mündafiə instinkti idi yəqin), fikirləşdim, bəlkə mövzunu dəyişim və "yəqin gey pornosunu" dedim”.
-Həə, indi qursam onu nə hiss edərsən?
-Bilmirəm.
-Gəl, çətin vəziyyətlərin üstəsindən necə gələcəyinə baxaq (bundan sonra pornonu qurur). Nə hiss edirsən?
-Narahatlıq (bilmirəm necə bacardım, amma ümumiyyətlə heç nə hiss etmirdim, bir şey o idi ki, ayağa qalxa bilmirdim).
Bundan sonra o, şalvarını çıxarıb gözümün içinə baxır. Bir neçə dəqiqədən sonra ayağa qalxmağa güc tapıram və “yaxşı, indi gedib bu təklifi düşünəcəyəm” deyirəm.
-Yaxşı, yaxşı, gözdə. Yola salacam. Nə ilə gəldin? Bax bu 10 larini götür və taksi ilə get.
Robot kimi götürüb getdiyim o 10 larini heç vaxt unutmayacağam. 2 saat piyada yeridim, evə çatanda hamamda uzun müddət ağladım. Həmin axşam yazdı mənə, cavab vermədim. Bir neçə gün mənə yazdı sonra dostuma yazdı - cavab vermir sənə nə dedi? Nə düşünür? - dedi. Bu hadisəni indiyə qədər çox az adam bilirdi. Bax bu Şalva Ramişvilidir. Bu cür hadisələr çoxdur və bu rəzil, çirkin məxluq mənə zərər verə bilməzdi, çünki mən “güclü” idim və ondan qorxmurdum, amma nə qədər insana böyük travmalar yetirmişdi?! Budur, bax bu adamla işləyirsiniz və bu adamı dinləyirsiniz və onu bəyənirsiniz", - yazır Mako Cabua.
Mako Cabua Şalva Ramişvili haqqında yazdıqdan sonra digər qadınlar da mümkün cinsi qısnama faktlarını açıq şəkildə deməyə başladılar. Anano İaşvili “Facebook”da yazır ki, o, 18 yaşında televiziyada işə başlamaq istəyərkən Ramişvilinin cinsi təcavüzünün qurbanı olub. Anano İaşvilinin sözlərinə görə, “İmedi” teleşirkətinə müsahibəyə Şalva Ramişvilinin şəxsən özü çağırıb.
“Əvvəlcədən xəbərdar etdi ki, provokativ geyinib gəlim, personaj belədirmiş. Müsahibə zamanı mənlə necə danışdı və nə dedi, nələr keçirdim, indiki mərhələdə bu barədə danışmayacağam. Aylar sonra o, mənə yeni bir təkliflə (əvvəlki təklifi rədd etdikdən sonra) yenidən zəng etdi və illər ərzində mənə vaxtaşırı isterik dostluq xahişləri göndərirdi, sonra ləğv edirdi, sonra göndərirdi, sonra ləğv edirdi… Adi manyakdır və bu adamın platforması var ki, oradan kiməsə nəsə çağırışlar edir, küçələrdə sərbəst gəzir”, - yazır Anano İaşvili və qeyd edir ki, aldığı tramvaların üstəsindən gəlmək üçün illər lazım olub.
Qvantsa Budaqaşvili də Şalva Ramişvilini cinsi qısnamada da ittiham edir. Onun sözlərinə görə, Ramişvili 2018-ci ildə ona yazaraq “POS TV”də müsahibəyə çağırıb.
“Getdim. Biz hər şeydən danışdıq - siyasətdən, yeməkdən, əyləncədən, hətta seksdən də. Mənə dedi ki, mənim xüsusi cazibəm var və cazibəm sayəsində çox şeyə nail ola bilirəm. Necə dediyini dəqiq xatırlamıram, ona görə də sitat gətirə bilmirəm. Özümü narahat hiss etdim və çıxdım”, -xatırlayır Qvantsa Budaqaşvili və əlavə edir ki, bir neçə gündən sonra Ramişvili onunla yenidən əlaqə saxlayıb və deyib ki, əgər işə başlamaq istəyirsənsə, bəzi məsələlərə aydınlıq gətirmək üçün gəlməlidir.
“Mən getdim. O, sərxoş idi və birbaşa mənim fetişlərim haqqında danışmağı tələb etdi. Təbii ki, bir neçə dəqiqədən sonra çıxıb gəldim. Kiminlə məşğul olduğum aydın idi və anladım ki, bu “iş”ə gedən yol yataqdan keçirdi. Mənə dedi ki, ümumiyyətlə, belə deyil və mən xüsusiyyəm. Tasso Barnovanın hadisəsini yadına saldım və təbii ki, o, cəfəngiyyatla özünə haqq qazandırmağa çalışırdı. Bu hadisədən az sonra “Evo”da işləməyə başladım. Mənə yazırdı ki, mənim kimi istedadlı qızın kazinoda gecələməsi heyfdir sonra məni “müşdələdi” ki, “POS TV” artıq əsl televiziyaya çevrilib”, - yazır Qvantsa Budaqaşvili və Ramişvili ilə yazışmalarını ictimailəşdirir.
Parlament üzvləri də Şalva Ramişvilinin ünvanına səslənən ittihamlara cavab veriblər. “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze qadınların səsləndirdiyi məlumatı inandırıcı hesab etmir və bunu “tənqidi teleşirkət”ə qarşı aparılan nüfuzdan salma kampaniyasının tərkib hissəsi hesab edir.
“Milli Hərəkat”ın hansısa teleşirkətinin və ya media orqanının jurnalisti “POS TV”nin aparıcılarından birini nədəsə ittiham edir. Bolşeviklər edirdi bunu, həmkarlarını bir-birinə qarşı qoyurdular və qondarma Danos yazırdılar.
Güya baş verən şey 7 ildə yadına düşməyib, indi yadına düşüb. Mən inanmıram. Mənə inandırıcı gəlmir, insan 7 il nəyisə açıqlamayıb, indi bu faşist kampaniya fonunda xatırlayıb. Mən belə təsadüflərə inanmıram. Bəlkə nəsə baş verir, amma mən belə təsadüflərə inanmıram. Fikrimcə, bu, faşist kampaniyasının bir hissəsidir. Mən əslində nə baş verdiyini bilmirəm, bunun araşdırılması lazımdır, amma bütün bunlar faşizm kampaniyası ilə birləşəndə, bu, ən azı, çox şübhəli və tənqidi bir teleşirkətə, jurnalistlərə, aparıcılara qarşı aparılan nüfuzdan salan kampaniyanın bir hissəsidir”, - Mdinaradze jurnalistlərə açıqlamasında deyib.
“Lelo” üzvü Ana Natsvlişvili parlamentin tribunasından Gender Bərabərliyi üzrə Parlament Şurasının sədri Nino Tsilosaniyə müraciət edib.
“Bu parlament, nə qədər konsepsiya qəbul etsə də, siz də, mən də, başqaları da bu parlamentdə neçə saat keçirsək də, bu cür siyasi bəyanatlar və cinayətkarların əllərini örtmək, yeri gəlmişkən, məhkəmə tərəfindən qısnamada ifşa olunur - onlarla efirdə oturmaq, bu adamları əsas təbliğatçı etmək və onların ideologiyası ilə yaşamaq bu çox böyük və düzgün işi suya atır. İnsan hüquqları kağız vərəqlər və anlayışlar deyil, mücərrəd qanunlar da deyil. İnsan haqları konkret qurbandır və qurban qarşınızda duranda onunla necə davranırsınız. Bəli, zorakılığa məruz qalan insanların ehtiyac duyduğu əsas şeylərdən biri ilk növbədə onlara etimad etməkdir. Zorakılıq və təqib qurbanı olan qadınların buna ikiqat ehtiyacı var, çünki bu cəmiyyətdə açıq şəkildə danışmaq xüsusilə çətindir. Çox utancvericidir ki, etdiyiniz ilk şərhlə zorakılığa məruz qalan qadınlara inanmırsınız. O qadınlara sizin anlayışlarınız və qanunvericilik bazanız yox, onları susdurmayacaq bir sistem lazımdır. Onların güvənə ehtiyacı var.
Onun [Şalva Ramişvili] barəsində məhkəmə qərarı çıxarılıb və onun əməkdaşına cinsi qısnama etdiyi təsdiqlənib. Bu vaxt nə edirsiniz siz? Onunla televiziyasında oturub bu adamla əməkdaşlıq edirsiniz, onun təbliğatı sizin təbliğat xəttinizin əsas sütunudur. Belə insanlardan uzaq durmadığınızdan, qadın hüquqlarına əhəmiyyət verməyinizə inana bilmirəm”, - deyir Ana Natsvilişvili.
Nino Tsilosani deyir ki, məhkəmə Şalva Ramişviliyə qarşı qərarını “Gürcü Arzusu” hakimiyyəti dövründə verib, Ana Natsvlişvili isə keçmiş məhbusların və ya məhkumların resosializasiyasının əleyhinədir.
“Haqqında dediyiniz konkret şəxsə gəlincə, həmkarlarımızdan birinin onun efirində oturduğunu, bu o deməkdir ki, siz ümumilikdə keçmiş məhbusların və ya məhkumların sosiallaşmasının əleyhinəsiniz. Belə çıxır ki, bu insanlar faşistcəsinə cəmiyyətdən uzaqlaşdırılmalıdır, ki, mən bununla razı deyiləm. Baxmayaraq, qadına qarşı şiddət edənlərin hamısı cəzalandırılmalıdır”, - Nino Tsilosani qeyd edib.
Şalva Ramişvili canlı yayımda “Gürcü Arzusu”nun üzvlərinə “düzgün və ədalətli mövqe”yə görə təşəkkür edib. Ramişvili ona qarşı ittihamların “POS TV”nin “reytinqlərə dırmanmağa” başlamasından sonra səsləndirilməsinə diqqət çəkir.
“Bu, reklamın satıldığı reytinqdir. Biz möhkəmcə üçüncü yerdəyik, çox vaxt ikinci yerdə də oluruq. Təbii ki, bu prosesdə bizim təsirimiz, çəkimiz artır və zorakılığa ehtiyac yaranır - Mənim yox, əsəblərimi qalada qoyub getdim. Məni yox, insanlar onunla necə işləyirsən deyə işçilərimi incidirlər. Biz işləməyə davam edirik. Bunun niyə baş verdiyini dəqiq bilirik, həmkarlarım bilir… ola bilər ki, başqaları yenə ortaya çıxsın”, - deyir Ramişvili.
2016-cı ildə “İmedi” televiziya şirkətinin keçmiş əməkdaşı Tatia Samxaradze Şalva Ramişvilini cinsi qısnama ittihamı ilə məhkəməyə verib. İddi görə, Şalva Ramişvili karyera yüksəlişi və himayəçilik müqabilində Tatia Samxaradzeyə cinsi əlaqə qurmağı təklif edib və buna görə qadın işini tərk etmək məcburiyyətində qalıb. 2018-ci ilin yanvarında Tbilisi Şəhər Məhkəməsi Tatia Samxaradzenin iddiasını təmin edib və Şalva Ramişvilini cinsi qısnama nəticəsində dəymiş 2000 lari məbləğində mənəvi ziyanı ödəməyə məcbur edib. Ramişvili o zaman da ittihamı rədd edirdi və qərardan apellyasiya məhkəməsinə şikayət vermişdi, lakin onun şikayəti təmin edilməmişdi.