Davit Qamkrelidze “Güclü Gürcüstan”a qoşulub və seçki qərargahına rəhbərlik edəcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Yeni Sağçılar”ın keçmiş lideri Davit Qamkrelidze “Lelo”, “Vətəndaşlar”, “Xalq Naminə” partiyalarını, həmçinin “Azadlıq Meydanı” siyasi hərəkatını birləşdirən “Güclü Gürcüstan” koalisiyasına qoşulub. O, koalisiyanın seçki qərargahına rəhbərlik edəcək və özünün dediyi kimi, əsas məqsədi “İvanişvilinin rus tipli hökumətinə son qoymaq” olacaq.

Davit Qamkrelidzeni bugünkü brifinqdə “Lelo”nun sədri Mamuka Xazaradze təqdim edib. Onun sözlərinə görə, Qamkrelidzenin koalisiyaya qoşulmaq qərarına qədər uzun danışıqlar aparılıb.

“Burada nə qədər zəka, təcrübə, uğurlu hekayələrin toplandığı məni heyran etdi. Bəlkə də bu mənim özüm üçün bir az çətin qərar qəbul etməyimin, komfort zonamdan çıxıb bu ciddi mübarizəyə – açıq desək, qarşıda bizi gözləyən, ölkədə dəyişikliyin baş tutması uğrunda müharibəyə qoşulmağımın səbəblərindən biri idi.

Mənim vəzifəm bu insanlarla birlikdə “Güclü Gürcüstan” koalisiyasını bu seçkilərdə ən yaxşı nəticəni əldə etməsindən ibarət olacaq, amma onu da deməliyəm ki, şəxsən mənim, bu komandanın və yəqin ki, bütün cəmiyyətin əsas məqsədi olacaq ki, rejimin dəyişməsini, İvanişvilinin rus tipli hökumətini bitirməyi təmin edək”, – Qamkrelidze bildirib.

Davit Qamkrelidzenin sözlərinə görə, onun funksiyalarından biri digər müxalifət qüvvələri ilə maksimum koordinasiya olacaq ki, onlar oktyabrın 26-da “rus hökumətini evinə göndərsinlər” və Gürcüstanı Avropa yoluna qaytarsınlar.

“Bu, mənim hər hansı formada siyasətə qayıtmağım demək deyil, mən deputat olmaq fikrində deyiləm, partiya həyatını da davam etdirmək fikrində deyiləm, bu döyüşlər zamanı yalnız lider olacağam”, - Qamkrelidze deyib.

Bu gün məlum olub ki, “Güclü Gürcüstan”ın seçki qərargahının mətbuat sözçüsü “Lelo”nun üzvü, deputat Ana Natsvlişvili olacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur