Daxili işlər naziri Vaxtan Qomelauri parlament qarşısında planlaşdırılan nümayişdən əvvəl vətəndaşlara xəbərdarlıq edir ki, parlament binasını bloklaamağa cəhd edən hər kəs qanunun tam sərtliyi və Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Həm siyasətçilərin açıqladığı bəyanatlardan, həm də operativ məlumatlardan bilirik ki, yığıncağın önümüzdəki iki gün ərzində zorakılıq və qeyri-qanuni xarakter alması planlaşdırılır, o cümlədən yığıncaq iştirakçıları Gürcüstan parlamentini bloklamağa çalışacaqlar ki, Gürcüstan parlamentinin üzvlərinin və işçilərinin binaya girməsinə mane olsunlar. Biz də bununla bağlı xəbərdarlıq etmək istərdik.
Gürcüstan Cinayət Məcəlləsinin 222-ci maddəsinin 2-ci hissəsinə əsasən, xüsusi əhəmiyyətli obyektin bu obyektin normal fəaliyyətinə mane olan və ya mane ola biləcək formada qrup halında bloklanması 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ötən illərdə Gürcüstan Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinə münasibətdə qeyri-proporsional loyallıq praktikası formalaşıb ki, bu da təcrübənin göstərdiyi kimi, müvafiq cinayətin qarşısının alınmasına mənfi təsir göstərib. Ona görə də biz dövlətin maraqlarından irəli gələrək, qanun pozuntusuna yol vermiş şəxslərə bu maddəni mütənasib şəkildə tətbiq etməyə, cinayət törətdikdə isə Gürcüstan Cinayət Məcəlləsinin 222-ci maddəsini istisnasız olaraq həyata keçirməyə özümüzü borclu hesab edirik”, - Qomelauri.
Daxili işlər nazirindən bir neçə saat əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze də bugünkü aksiya iştirakçılarını hədələyib. Baş nazir rus qanununa qarşı aksiyaların iştirakçılarını sabah və o ertəsi gün parlamentə və polisə qarşı “zorakı aksiyalar” planlaşdıran radikal müxalifət tərəfindən təşkil edilmiş və xaricdən maliyyələşdirilən zorakı gənclər qrupları adlandırıb. İrakli Kobaxidze deyib ki, “zorakılığa görə hər kəs qanun qarşısında sərt şəkildə cavab verəcək”.
Sabah, səhər saat 9-da parlament rus qanununu üçüncü oxunuşda müzakirə edəcək, sonra isə plenar iclasda onu təsdiqləyəcək. Rus qanununa qarşı aksiya bu gün saat 22:00-a təyin edilib. Nümayişçilər gecəni parlament qarşısında keçirəcək.