Narkotik cinayətlərinə görə 27 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin, o cümlədən narkotik vasitə olan “marixuana” və psixotrop maddələrin qanunsuz dövriyyəsi, dövriyyə üçün hazırlanması və dövriyəyə cəhd edilməsi ittihamı ilə 4-ü əcnəbi olmaqla 15 nəfər saxlanılıb.
12 nəfər Gürcüstana külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz idxalı və ixracı, qanunsuz əldə edilməsi və saxlanması, o cümlədən narkotik vasitə olan “marixuana”nın qanunsuz əldə edilməsi və saxlanması, dövriyyəsi, dövriyyəyə cəhd edilməsi və qanunsuz olaraq narkotik tərkibli bitki əkib-becərməkdə ittiham olunur, onlardan 4-ü xarici ölkə vətəndaşıdır.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətlərində ittiham olunaraq saxlanılan şəxslərin şəxsi və yaşayış evlərinə baxış keçirən zaman onların göstərdiyi müxtəlif yerlərdən külli miqdarda narkotik vasitələr, o cümlədən “heroin”, “kokain”, “buprenorfin”, “morfin”, “tebaine”, “kodein”, “metadon”, “Alfa PVP”, “mefedron”, “klefedron”, “metamfetamin”, “lirika” və “marixuana” aşkar edərək götürüblər. Polis həmçinin təqsirləndirilən şəxslərdən narkotik vasitələrin satışı nəticəsində əldə etdiyi iddia edilən külli miqdarda pul və elektron tərəziləri də sübut kimi götürüb”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.