“Lelo” partiyasının üzvü Ana Natsvlişvili rus qanununa qarşı etiraz aksiyası zamanı bəndi zədələdiyinə görə saxlanılan gənclərə, 19 yaşlı Omar Okribelaşvili və 23 yaşlı Saba Meparişviliyə zamin olacaq. Parlamentdə keçirilən brifinqdə deputat bildirib ki, onların hökm çıxarılana qədər həbsxanada qalmaları əsassızdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcü Arzusu” məhkəməsinin minlərlə digər həmvətənləri ilə birlikdə Gürcüstanın Avropa gələcəyini rus qanunundan və hökümətin rus tipli siyasətindən müdafiə edən iki Gürcüstan vətəndaşına qarşı apardığı görünməmiş ədalətsizlik işinə münasibət bildirmək istərdim. Hökumət bu adamlara söz verir ki, prokurorluğun dediyi kimi, hələ təsdiqlənməyib, 400 larilik müvəqqəti dəmir konstruksiyaya dəyən ziyana görə onlar bir neçə illiyinə həbsxanaya göndəriləcəklər.
Bu gənclərin heç bir ittiham irəli sürülmədən, artıq bir neçə aydır ki, həbsdə olmaları mənim üçün inanılmazdır. Bu gün mən, deputat Ana Natsvlişvili bəyan edirəm ki, bu gənclərin istintaqdan gizlənməyəcəyinə, məhkəmə ilə əməkdaşlıq edəcəyinə şəxsən zamin olmağa hazıram”, - deyə Natsvlişvili bildirib.
Dünən, iyulun 24-də Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfi növbəti dəfə Omar Okribelaşvili və Saba Meparişvilinin zaminə buraxılmasını istəyib. Vəkil bu dəfə dəymiş ziyanın ödənilməsi üçün Daxili İşlər Nazirliyinə 400 lari köçürüldüyü barədə arayış təqdim edib. Buna baxmayaraq, hakim Natia Qudadze gəncləri həbsdə saxlayıb.
Omar Okribelaşvili və Saba Meparişvili mayın 16-da saxlanılıb. İttihama görə, mayın 14-də parlament binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı onlar Daxili İşlər Nazirliyinə məxsus metal konstruksiyaya məxsus bəndi həm fiziki qüvvə, həm də metal maşa ilə zədələyiblər, nəticədə ona “400 lari məbləğində əhəmiyyərli maddi ziyan vurulub”. Bunun da faktiki zərəri 250 laridir, 150 lari isə əl haqqının dəyəridir.
Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi, yəni əmlaka qrup halında zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Cinayət sübuta yetirilərsə, onları 3 ildən 6 ilə qədər həbs gözləyir.
İş üzrə növbəti məhkəmə prosesi avqustun 30-da keçiriləcək.