Parlamentin “Avropa Sosialistləri”ndən olan üzvü Fridon İncia aprelin 30-da Tbilisidə hökumətin təbliğatçısı Qia Qaçeçiladze (“naməlum”) tərəfindən keçirilən aksiyada qaldırılan tələbləri qanun layihəsi kimi qeydiyyata almağa hazırlaşır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Orada səslənən tələbləri qeyd etdim və düşündüm ki, onları burada yenidən oxumalıyam ki, ilk növbədə hakim partiya başa düşsün”,- Deputat İncia mayın 2-də keçirilən parlamentin iclasında deyib və tələbləri sadalayıb:
- Qanun siyasi, cinsi və digər oriyentasiyasından asılı olmayaraq hamıya bərabər tətbiq edilməlidir. Heç kimin qanun qarşısında imtiyazı olmamalıdır. Parlament binası od vuruldu, 60-dan çox polis yandırıldı və yaralandı və yalnız bir nəfər həbs olundu;
- Qütbləşmə və siyasi böhran vəziyyətində gürcü xalqına plebissit yolu ilə öz fikrini bildirmək imkanı verilməlidir ki, inqilabların və sabitliyin pozulmasının qarşısı alınsın;
- Biz Gürcüstan hökumətindən 2004-2012-ci illərdə “Milli Hərəkat”ın diktatura rejiminə siyasi-hüquqi qiymət verilməsini və müvafiq hüquqi mexanizmin həyata keçirilməsini tələb edəcəyik;
- Hökumət işsizliyi və yoxsulluğu aradan qaldırmaq üçün suveren iqtisadi siyasətin həyata keçirilməsinin qayğısına qalmalıdır. Burada əsas şüar “Hər şeydən öncə Gürcüstan” olmalı və ölkəmiz üçün faydalı olan bütün layihələrdə dövlət iştirak etməlidir;
- Avropa İttifaqı və digər ölkələrin siyasətçilərindən Gürcüstanın suverenliyinə hörmət - onlardan daxili sosial və siyasi məsələlərə qarışmamaları qəti şəkildə tələb edilməlidir;
- Məktəbdə əsaslı təhsili tətbiq olunsun;
- Demoqrafik vəziyyətin düzəldilməsi, dövlət proqramlarının düzgün həyata keçirilməsi;
- LGBT təbliğatının qanunla qadağan edilməsi və daha çox.
Mən bir vətəndaş kimi bütün bu tələblərə qoşuluram. Bu günlərdə biz Gürcüstan əhalisinin əksəriyyəti kimi təmsil olunan cəmiyyət yığıncağından önə çıxan qanunlar paketini təqdim edəcəyik”, - dedi İncia.
Aprelin 30-da keçirilən və anti-Qərb və homofob bəyanatların səsləndiyi aksiyada “Gürcü Arzusu”nu dəstəkləyən qrupların nümayəndələri və dövlət qulluqçuları da iştirak edib. Aksiyaya aparıcılığı “Gürcü Arzusu”ndan iki müddət (2012-2016 və 2016-2020) parlamentin deputatı olan Zaza Papuaşvili edib.
“Gürcü Arzusu”nun liderləri aksiyaya dəstək ifadə ediblər. Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, “bu, gürcü ideyası və milli maraqları ilə dolu bir aksiyadır”. Hakim partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze “Naməlumun” təşkil etdiyi aksiyaya gələn insanlara təşəkkür edib.
Müğənni Qia Qaçeçiladze hökumətin təbliğat-təşviqat telekanalı - “Maestro”da yayımlanan “Naməlumun Sandığı” verilişinə aparıcılıq edir, burada tez-tez Avropa İttifaqının Gürcüstanın suverenliyinə qəsd etməsi, Gürcüstanda konstitusiya ilə müəyyən olunan Avropa İttifaqı və NATO-ya daxil olmaq məqsədini şübhə altına alan bəyanatlar eşidilir.
Qeyd olunmalıdır ki, rusiyayönümlü, zorakılıq tərəfdarı “Alt-İnfo” partiyası 25 min seçicinin təşəbbüsü ilə parlamentə Gürcüstanın “yığıncaqlar və nümayişlər haqqında” qanununa yeni maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. Qanun layihəsinə əsasən, yığıncaq və ya nümayişin məqsədi cinsi oriyentasiyanın nümayişi, təbliği və/və ya təşviqi olarsa keçirilməsi qadağandır. Həmçinin, hər hansı dini cərəyan əleyhinə, böhtan və/yaxud hər hansı dini təriqətə mənsub şəxslərin əqidəsinə zidd çıxış və çağırışların ola biləcəyi və/və ya müharibə və zorakılığın təbliği, milli, regional, dini və ya sosial qarşıdurmanın qızışdırılması məqsədi daşıyan yığıncaq və ya nümayişin keçirilməsi qadağandır.
Parlament Aparatının Hüquq şöbəsi “Alt-İnfo” qanun layihəsinə baxılması proseduruna başlamaq üçün müsbət tövsiyə verib.