“Xalqın gücü” hərəkatının liderlərindən biri Sozar Subarinin sözlərinə görə, hərəkatın üzvü Viktor Caparidze “Pos TV” televiziya şirkətinin 52%-ni alıb. “Bu vəziyyət mesajlarımızı cəmiyyətə daha geniş şəkildə çatdırmağa kömək edəcək”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dəyişikliklər hələlik ictimai reyestrdə öz əksini tapmayıb, lakin oktyabrın 3-də tərtib edilmiş səhm alqı-satqısı müqaviləsinə əsasən, Viktor Caparidze Nuqzar Ruxadzenin (16%), Zviad Bliadzenin (16%), Ana Şengelianın ( 8%), Vaxtanq Komaxidze (8%) və Temur Çarelaşvilinin 28%-dən 4%-ni alıb. Ümumilikdə, Caparidze payın 52%-nə (nəzarət paketi) 520 min lari ödəyib. 1% payın alış qiyməti müqavilə ilə 10 min lari müəyyən edilir.
Dəyişikliklər dövlət reyestrində əksini tapdıqdan sonra “Pos TV”nin səhmləri aşağıdakı kimi bölüşdürüləcək: Viktor Caparidze – 52%; Şalva Ramişvili - 24%; Temur Çarelaşvili - 24%.
“Pos TV” teleşirkəti elan edir ki, bu gündən “Xalqın gücü” hərəkatının media platformasına çevrilir.
“Pos TV” komandası yeni yaradılmış “Xalqın Gücü” ictimai hərəkatına açıq və fəal dəstək vermək qərarına gəlib. Hesab edirik ki, onların bu çətin geosiyasi vəziyyətdə gürcü xalqının daha çox həqiqəti öyrənməsi məqsədi ilə bizim kanalın yaradılması ideyası üst-üstə düşür. Bu gündən telekanal “Xalqın Gücü” hərəkatının media platformasına çevrilir, kanalımızın bir neçə siması birbaşa quruma üzv olub”, - deyə teleşirkətin yaydığı məlumatda bildirilir.
Gürcüstanın “Yayım haqqında” Qanununun 37-ci maddəsinin 2-ci hissəsinə əsasən, yayım sahəsində lisenziya sahibi/səlahiyyətli şəxs inzibati orqanın vəzifəli şəxsi, digər dövlət vəzifəli şəxsi; inzibati orqanla münasibətdə olan hüquqi şəxs; siyasi partiya, siyasi partiyanın vəzifəli şəxsi ola bilməz.
Televiziya şirkətinin sahiblərinin dəyişdirilməsi ilə bağlı ərizə hələ ki, rabitə komissiyasına daxil olmayıb.
Viktor Caparidzenin sözlərinə görə, o, bu bizneslə maraqlanır və buna görə də payı alıb.
“Mən o bizneslə maraqlanıram və onu almışam. Əsas odur ki, mən qeyri-qanuni heç bir iş görməmişəm, bəyan edilməmiş almamışam. Bu televiziyanın işiqlandırdığı fikirləri bəyənirəm. Bəzi televiziya kanalları kimi ictimaiyyətə məlumatı təhrif etmir. İnanıram ki, mən bu işdə iştirak etməliyəm ki, bu ölkədə həqiqəti və yalnız həqiqəti söyləyəcək başqa bir televiziya olsun. Mən redaksiya siyasətinə qarışmaq fikrində deyiləm. “Post TV”nin alınmasının səbəblərindən biri də o idi ki, həqiqəti danışır və yəqin ki, həqiqəti deməyə davam edəcək, əks halda razılaşa bilmərik. Mən nəzarət paketini almışam”, - Caparidze qeyd edib.
Parlament çoxluğunun üzvləri Viktor Caparidze, Eka Sepaşvili, Daçi Beraya, Davit Kaçarava və Zaal Mikeladze bugün “Gürcü arzusu”ndan ayrılan dördlüyün hərəkatına qoşulublar.
“Ölkəmizi bəzi siyasətçilərin, istər öz ölkəmizdə, istər başqa ölkələrdən olanları, bizi sürükləməyə çalışdığı bəladan qaçındırmalıyıq. Ukrayna hökumətinin üzvləri və Avropa Parlamentinin bəzi üzvləri bizi müharibəyə sürükləməyə çalışırlar və bu hərəkatın birinci vəzifəsi insanlara həqiqəti çatdırmaqdır.
Qoy əhali qərar versin münaqişəyə və müharibəyə qarışaq, ya yox”, - Caparidze bildirib.
“Gürcü arzusu”ndan ayrılan deputatlar anti-qərb bəyanatları ilə seçilirlər. Onlar ABŞ-ın Gürcüstandakı səfirliyini Gürcüstanın suveren hökumətinə uyğunlaşa bilməməkdə və onu devirmək üçün hər şeyi etməkdə ittiham ediblər. Onların bəyanatına görə, Amerika maliyyəsinin bir hissəsi dövlətə və kilsəyə qarşı yönəlmiş fəaliyyətlərə sərf edilib.